Ekologiya naziri Masallı rayonunda vətəndaşlarla görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev avqustun 31-də Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüş saat 09:30-da Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i və ya 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Füzuli küçəsi 75) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 025-25-4-70-54) xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə