BNA maarifləndirmə aksiyası keçirir BNA - FOTO

Bakı Nəqliyyat Agentliyi “Sevgi-Məsuliyyətdir” devizi altında yeni sosial maarifləndirmə layihəsinə başlayıb. Agentlikdən SİA-ya verilən məlumata görə, məqsəd, yol hərəkəti iştirakçılarının yol hərəkəti təhlükəsizliyi, ictimai nəqliyyatda etik davranış qaydaları və digər bu kimi vacib məsələlərlə bağlı maarifləndirməsini təşkil etməkdir.

Layihə çərçivəsində şəhərin müxtəlif yerlərində, xüsusən də hərəkətin intesiv olduğu küçə və prospektlərdəki reklam qurğularında, eyni zamanda “Bakubus” MMC-yə məxsus avtobuslar üzərində maarifləndirmə xarakterli posterlər yerləşdirilib.

“Sevgi-Məsuliyyətdir” başlığıyla olan sosial reklamlar hər biri özündə müxtəlif mesajları birləşdirir. Piyada keçidinə diqqət etmək, avtomobillərin düzgün yerdə park edilməsi, sükan arxasında telefondan istifadə, sürücülərin bir-birinə qarşı anlayış göstərməsi, sərnişin-sürücü münasibəti, ətraf mühitin qorunması və digər mühüm məsələlər layihə çərçivəsində əsas mesajlardandır.

Bütün xəbərlər Facebook səhifəmizdə