Rüstəm İbrahimbəyov - gerçək xəyanətin “siması” TƏHLİL

Yaxud, onu “prezident” kimi sırıyanların səsləri niyə çıxmadı?

Bizlər zaman-zaman adlarını “ziyalı”, “siyasətçi” və s. adlandıranların xəyanətlərini təəssüf ki, bu gün də müşahidə etməkdəyik. Hələ Əkrəm Naibovun (Əylisli-red.) “Daş yuxuları”nın səsi-sorağı yenicə çəkilirdi ki, bu dəfə “qoca professor” ləqəbli qondarma siyasətçi Rüstəm İbrahimbəyovun 2015-ci ildə çəkdiyi “Qafqaz üçlüyü” filmi Azərbaycan xalqının şiddətli qınağı və hiddətinə səbəb oldu. Sadəcə, təsəvvürə gətirmək çətindir ki, özünü bu xalqın üzvü hesab edəsən və xalqına, millətinə, dövlətinə qarşı bu qədər qənim kəsiləsən. Hətta elə düşmənçilik edəsən ki, azərbaycanlıya, bütövlükdə isə türk dünyasına qarşı çıxan erməni ictimai-siyasi dairələri sənə “bravo” desin (!!!???-red.)

Rüstəm İbrahimbəyov nifrət etdiyi Bakıda - dələduzluq yolu ilə mənimsədiyi qanunsuz torpaqlarını itirəndən və “siyasət aləminə” qatılandan dərhal sonra onda ermənilərə olan hədsiz sevgisi üzə çıxmağa başladı

Çünki bu bədnam “yaradıcılıq əsərində” Azərbaycan xalqı vəarvar, qəddar, riyakar, yalançı, mədəniyyətsiz, milli kökləri olmayan şəkildə, tarix boyu vətənləri olmayan, yalnız 1918-ci ildə “Ermənistan” adlı saxta dövlət quran və köçəri həyatı sürən ermənilər isə kübar, məzlum, “vəhşi türkün qurbanı” olaraq, təqdim ediliblər.

Vaxtilə İbrahimbəyovun tutduğu "karyera", sonradan onun ermənilərə olan məhəbbəti ilə nəticəsini tapdı və o, bilavasitə özlərini müxalifətin “lideri” kimi təqdim edilən AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın sədri Cəmil Həsənlinin tayına çevrildi. Hələ o zamanlardan, yəni R.İbrahimbəyov bu gün nifrət etdiyi Bakıda - dələduzluq yolu ilə mənimsədiyi qanunsuz torpaqlarını itirəndən və “siyasət aləminə” qatılandan dərhal sonra onda ermənilərə olan hədsiz sevgisi üzə çıxmağa başladı. Daha dəqiq desək, kinorejissor kimi fəaliyyətinin "pərdəarxası oyunlar"ı üzə çıxdıqca onun ermənilərə sevgisi də özünü gizlədə bilmədi. Lakin...

Mitinqlərində boğazdan yuxarı “ulu xalqım”, “sevgili millət” deyə xitab edən siyasi manqurtlar nədənsə, “Qafqaz üçlüyü” məsələsində susqun dayanıblar

Lakin “Milli Şura” adlı qondarma bir quruma sədrlik edib, prezidentliyə namizəd kimi xalqa təqdim edilən İbrahimbəyov bu gün erməni məhəbbəti ilə sübut edir ki, o və onu müdafiə edənlər azərbaycanlılara erməni daşnakları qədər, hətta daha artıq nifrət edirlər. Halbuki, mitinqlərində boğazdan yuxarı “ulu xalqım”, “sevgili millət” deyə xitab edən siyasi manqurtlar nədənsə, “Qafqaz üçlüyü” məsələsində susqun dayanıblar. Uzağı “xalaxətrinqalmasın” stilində bir-iki kəlmə ağızucu ifadə işlədərlər, ya da ümumiyyətlə işlətməzlər. Hansı ki, başqa vaxtlar danışanda ağızlarına “çullu dovşan” belə, yerləşmir. Əcəba, bəs niyə indi susurlar? Məsələ ondadır ki, danışsalar, erməni qohumları pullarını kəsər, bu qədər bəsit..!

Beləliklə, əminliklə deyə bilərik ki, bu xəyanətə aparan yolda Rüstəm İbrahimbəyov tək deyil. Bir qrup züy tutanları da var ki, onlar bizim dildə danışslar da, düşüncələri nə xəlqidir, nə də milli.

Məhz “Daş yuxular” adlı bədnam cızma-qaraya qarşı xalq hiddəti artarkən, Rüstəm İbrahimbəyov Rusiyanın "Rosbalt" informasiya agentliyinə müsahibə verərək, Əkrəm Naibovun ermənipərəst mövqeyini müdafiə etmişdi!

Yeri gəlmişkən, bu həmin R.İbrahimbəyovdur ki, Əkrəm Naibovla xarici dairələr hesabına yaradılmış anti-Azərbaycan xarakterli "Ziyalılar Forumu" adlanan qurumun həmtəsisçiləri qismində çıxış edib. Məhz “Daş yuxular” adlı bədnam cızma-qaraya qarşı xalq hiddəti artarkən, R.İbrahimbəyov Rusiyanın "Rosbalt" informasiya agentliyinə müsahibə verərək, Ə.Naibovun ermənipərəst mövqeyini müdafiə etmişdi!

Bu gün bir çoxları social şəbəkə vasitəsi ilə R.İbrahimbəyovu haqlı şəkildə ittiham etməklə yanaşı sual verirlər - maraqlıdır, Rüstəm İbrahimbəyovu vadar edən nədir ki, ermənilərin müdafiəsinə qalxıb təcavüzkar Ermənistanla əraziləri 20 faiz işğala məruz qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanı eyniləşdirir? Bu, nəinki rəzilliyin, satqınlığın göstəricisidir, əslində milli dövlətçiliyə arxadan zərbə, xalqa xəyanət deməkdir!

Həm erməni məhəbbəti, həm də erməni puluna hədsiz sevgi!

Söz yox ki, R.İbrahimbəyovun Azərbaycan dövlətinin və xalqının üzləşdiyi faciələr silsiləsindən xəbəri var, sadəcə özünü erməni bicləri kimi bilməməzliyə qoyub. Ancaq bu gün ona və vaxtilə onu Azərbaycan xalqına “prezident” kimi sırımağa cəhd edənlərə bird aha xatırlatma etməyin tam yeridir. Misal üçün, xatırlatmaq lazımdır ki, ermənilər Xocalını, Qaradağlını, Bağanis Ayrımı, Kərkicahanı, Ağdabanı yerlə yeksan ediblər, tarixi torpaqıarımız olan Qərbi Azərbaycanda olmazın soyqırımları həyata keçiriblər. Məgər "bu gün onlar da, yəni ermənilər də azərbaycanlılar kimi baş verənlərin qurbanıdır" deyəndə xəyalınıza tarixlər boyu dəhşətli işgəncələrə məruz qalan xalqımız da gəlmirmi?! Ümumiyyətlə, sizin kimi siyasi manqurtlarda vicdan deyilən məfhum möövcuddurmu???!!! Rüstəm İbrahimbəyovun milli hissləri o qədər ölüb ki, hətta Azərbaycan xalqının tarixi torpaqlarına da şübhə ilə yanaşır. Bilmək olmur ki, Rüstəm İbrahimbəyovda əminlik haradan yaranıb ki, ermənilər Azərbaycan xalqının, daha geniş mənada, türk dünyasının düşməni deyil???!!!

Hər halda, fakt ortadadır, özü də elə bir fakt ki, bu faktın arxasında siyasi ibnəlikdən doğan ifrat erməni məhəbbəti dayanıb. Həm erməni məhəbbəti, həm də erməni puluna hədsiz sevgi!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə