Prezident bu şəxsləri vəzifəsindən azad etdi SƏRƏNCAMLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən, Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən, Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə