GİN-də gənclərə sertifikatlar təqdim edilib - FOTOLAR

11-14 sentyabr 2017-ci il tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Paris Sarbon Abu Dabi Universiteti ilə birgə təşkil edilən dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları və gənclər təşkilatlarının fəalları üçün "Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları" mövzusunda sayca 2-ci seminarı uğurla tamamlayan gənclərə sertifikatlar təqdim edilib. Gənclər və İdman Nazirliyində keçirilən təqdimetmə mərasimində gənclər və idman naziri Azad Rəhimov və Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez iştirak edib.

Çıxış edən nazir A.Rəhimov seminarın əhəmiyyətindən danışıb. O, belə seminarların Azərbaycanın gənclərinin inkişafı üçün önəmli olduğunu bildirib. Nazir Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb: "Ölkəmizin gənclər siyasəti modeli dünyada dəstəklənir və örnək kimi göstərilir. Azərbaycan gənclərlə iş sahəsində dünyanın ən qabaqcıl ölkələrindəndir. Bu layihə də gənclərimizin inkişafına hesbalanıb".

Fransanın Azərbaycandakı səfiri xanım O.Buşez sözügedən seminarın keçirilməsi üçün Fransanın nüfuzlu təhsil ocaqlarından birinə etimad göstərdiyinə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. O, Sarbon Universiteti ilə Azərbaycanın bir çox qurumları arasında əməkdaşlıq müqavilələrinin olduğunu vurğulayıb.
"Bir müddət öncə Fransanın 15 gənc alimi ölkənizə səfər edib. Onları böyük qonaqpərvərliklə qarşıladığına görə Azərbaycana təşəkkür edirəm. Ölkənizdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb" - deyə, səfir əlavə edib.
Daha sonra seminarı uğurla başa vuran gənclərə sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə