Hüseyn Bağırov vətəndaşları dinləyəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 21-də Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax, Mingəçevir, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.azecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-nin 168 saylı “Qaynar xətt”i, həmçinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Nizami prospekti 11) ilə əlaqə saxlaya (əlaqə telefonları: 050-420-57-08, 055-414-62-97, 022-336-04-88) bilərlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə