Şərəfli 80-ci bahar - Ağacan Abiyev

Bu gün, 24 noyabr Azərbaycanın dəyərli ziyalısı, gözəl rəssam, tələbələrin sevimli professoru, zəhmetkeş idman xadimi, millət vəkili, ömrünü dövlətinə, Vətəninə sədaqətlə keçirən Ağacan Abiyevin doğum günüdür. O, 80-ci baharını yaşayır. Xalqımız arasında belə bir deyim var ki, alim olmaq asantdır, insan olmaq çətin. Ancaq O, çətini bacarmış, həm alim, həm də gözəl insan olaraq hər kəsin sevimlisi olmuşdur.

O, ömrünün 30 ildən çoxunu öncə tələbəlik, sonra rektorluq ilə (1987-2015) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına həsr etmişdir. Bu müddət ərzində Ağacan müəllim yüksək insani keyfiyyətləri, müdrik fikirləri ilə həm müəllimlərə, həm də tələbələrə fənər olmuşdur. Hətta, Ağacan müəllimlə rastlaşan tələbələr onunla ağlayaraq qucaqlaşır. Bu sevgini, hörməti qazanmaq insan həyatının ən böyük qazancıdır.

Ağacan müəllim idman aləminə 1953-cü ildən boksçu olaraq başlamışdır. Yüksək fitri istedadı ilə hər zaman seçilmiş, 1957-ci idə SSRİ idman ustası olmuşdur. Daha sonra məşqçi və beynəlxalq hakim olmaqla, sevdiyi boks sənətinə davam etmişdir. Bu sahədə Beynəlxalq turnir və çempionat təşkilatçısı olmuşdur. Və bu gün də, Boks federasiyasının vitse-prezidenti, MOK-un baş katibi olmaqla idmançılara dəsdəyini davam etdirir.

İdmançılara diqqət və qayğının təməlində, ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti dayanır. Bu siyasət Azərbaycan xalqının güvən yeri, cənab Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti (MOK) İlham Əliyev tərəfindən uğurla davam edir. Ulu öndərimizi sədaqətlə sevən insanlardan olan Ağacan Abiyev də, idman sahəsində Onun izləriylə gedir.

Ağacan müəllimlə sadəcə beş dəqiqə söhbətdən sonra belə, iki universitet oxuyub-bitirmiş insan kimi hiss edərsiz. Elm, idman, astronomiya, incəsənət və s. bir çox sahədə bu qədər bilikli və ən əsası bir o qədər də təvazökar insandır O. Biz gənclər hələ uzun, uzun illər onun dəsdəyini hiss etmək istəyirik. Dəyərli Ağacan müəllimi, 80 illik yubileyi və cənab Prezidentimiz İlham Əliyev tərəfindən ona layiq görülən "Şərəf" ordeni münasibətiylə təbrik edirik!

Fidan Türk, "Sport Time" jurnalının redaktoru, Respublika Stend Atıcılığı İdman Məktəbinin üzvü, YAP GB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə