“Baku Fashion Club”un birinci iclası keçirildi FOTO

“Excelsior Hotel & Spa Baku” otelində Azərbaycanda moda peşəkarlarını və həvəskarlarını birləşdirən "Baku Fashion Club”ın birinci iclası keçirildi. Klubun təşkilatçısı və rəhbəri Lyubov Quturova- Poyraz kluba bu layihə üzrə öz tərəfdaşı olan modelyer dizayner, Media FM radiosunun məşhur aparıcısı Renar Şəmsiyevi təqdim etdi. Tədbirin yeni formatı “Facebook” səhifəsində canlı yayımlandı və arzu edənlər iclasın gedişatını izləyə bildilər.

Müzakirənin əsas mövzusu “Azərbaycan dizaynerlərinin moda həftələrində iştirakı” idi. Tədbirə bu yaxınlada Paris moda həftəsinin iştirakçısı, Salamaxina brendinin yaradıcısı Aleksand Salamaxina, “L'Officiel Azerbaijan” jurnalının art redaktoru Ayxan Musaxanlı, 247 RAARE-nın kreativ direktoru, MBFWBAKU-nun PR direktoru Aysel Hüseynova, moda üzrə bloqer Aynur Quzel spiker kimi dəvət olunmuşdurlar.

Klubun iştirakçıları moda sahəsində yeni başlayanlar və bu işdə uğurlu olan dizayner Milli Geyim Mərkəzinin və Moda evinin rəhbəri, mədəniyyət üzrə fəlsəfə doktoru, Gülnarə Xəlilova tədbirdə çıxış etdilər. Həmçinin, moda sənətinin digər nümayəndələri, bloqerlər, jurnalistlər, AFW и MBFWBAKU tədbirinin təşkilatçıları, dizayn fakültəsinin tələbələri və onların müəllimləri iştirak etdilər. Moda peşəkarlarını və həvəskarlarını birləşdirən Baku Fashion klubunun birinci iclası baş tutdu. Tədbirin nəticələrinə görə cəsarətlə demək olar ki, tədbir uğurla keçdi.

Əsas mövzudan başqa, klubun digər iclaslarında ətraflı toxunulacaq vacib məsələlərə də toxunuldu. “Əllərinizi nəbzinizdə tutun və biz tezliklə qayıdacağıq” Lyubov Quturova-Poyraz qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə