Bu gün Ayın Yerə yaxınlaşması hadisəsi qeydə alınacaq. SİA-nın xəbərinə görə, bu təbiət hadisəsi zamanı Ayla Yer arasında məsafə 369 min kilometr olacaq.

Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması (“Super Ay”) isə 2018-ci il yanvarın 2-də baş verəcək. Bu zaman Ayla Yer arasında məsafə 356 min 550 kilometr olacaq.

“Super Ay” hadisələri indiyə qədər bir neçə dəfə baş verib və heç bir təhlükə qeydə alınmayıb.

Müəllif: Nailə Məhərrəmova
loading...