Suvarılma istiqamətində işlər gücləndirilib

Samux rayonunda əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində işlər gücləndirilib. SİA-nın bölgə müxbirnin verdiyi məlumata görə, bu məqsədlə rayonda 502 ədəd subarteziaa quyusu və 25 ədəd nasos stansiyası işlək vəziyyətdədir.

Ümumilikdə 28 min 660 ha ərazini əhatə edən Samux Suvarma Sisteməri İdarəsi vətəndaşların əkin sahələrinin su ilə təmini üçün bütün lazımı tədbirləri həyata keçirib. Rəsmi statistikaya əsasən cari ilin müvafiq dövrü ərzində 76.751 mln kub/metr su istehsal edilərək əkin sahələrinə verilib. Bundan əlavə cari ilin müvafiq dövrü ərzində rayon ərazisində 20 ədəd subartezian quyusunda təmir işləri aparılıb.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə