Ermənistan gender İndeksi üzrə Azərbaycana uduzub

Dünya gender bərabərliyi reytinqində Ermənistan qonşularından geridə qalıb. SİA xəbər verir ki, Dünya İqtisadi Forumu illik Gender İndeksini (Global Gender Gap Index 2020) dərc edib və bu indeksə görə Ermənistan qonşularından xeyli dərəcədə geriləyib.

Ermənistana məxsus mətbuat səhifələri bu geriləməni və məğlubyyəti açıq şəkildə etiraf edir və xüsusilə rusarminfo.ru saytında yayılan məlumatda qeyd olunur ki, Ermənistan bu indeks üzrə Gürcüstandan da, Azərbaycandan da geridə qalıb. Xüsusilə qeyd olunur ki, Ermənistan 98-ci yerdə qərarlaşıb və 94 yerdə qərarlaşan Azərbaycana uduzub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə