Ermənilərin arzuları ürəklərində qaldı

Ermənilərin "Uzun gecə"si Oscar mükafatları siyahısına düşməyib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan tərəfindən Edqar Baqdasaryanın təqdim etdiyi "Uzun gecə" filmi Oscar film mükafatlarının qısa siyahısına daxil edilməyib.

Bu ilin sentyabr ayında “Anait” Milli Mükafatının təqdimatında film beş kateqoriyada qalib elan edildiyinə baxmayaraq, bu dəfə müküfata layiq görülməyib və ermənilərin arzuları ürəklərində qalıb.

Xatırladaq ki, Oscar namizədlərinin siyahısı yanvarın 13-də açıqlanacaq. Qalib gələnlər fevralın 9-da Los-Ancelesdəki 92-ci Akademiya Mükafatlarında mükafatlandırılacaqlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə