Tiflisdə etiraz edən 4 nəfər dələduzluğa görə həbs edilib

Tiflisdə Şəhər Şurası yaxınlığında keçirilən etiraz mitinqində dələduzluğa görə 4 nəfər həbs olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qeyri-hökumət təşkilatları və müxalifət fəalları Cənubi Osetiya hakimiyyəti tərəfindən saxlanılan gürcü həkim Vazha Qaprindashvili ilə əlaqədar “Facebook” sosial şəbəkəsində status yazan deputat Erekle Kuxianidzenin istefası tələbi ilə şəhər şurasında etiraz aksiyasına başlayıblar.

Kuxianidze daha sonra yazdığına görə üzr istəsə də, müxalifət nümayişçiləri deputatın otağında çadır qurmağa çalışıblar. Lakin polis qarşısını alıb.

Məlumat üçün nəzərinizə çatdıəraq ki, tanınmış gürcü həkim noyabrın 9-da Cənubi Osetiya sərhədçiləri tərəfindən saxlanılıb. Cənubi Osetiya tərəfi onu sərhədi qanunsuz keçməkdə ittiham edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə