"Hazırkı seçki prosesinin indiyə qədərkilərdən əsas fərqi ondan ibarətdir ki, 1995-ci ildən sonra ilk dəfə növbədənkənar parlament seçkiləri keçiriləcək". Bunu SİA-ya açıqlamasında AVCİYA-nın direktoru Məhərrəm Zülfüqarlı deyib.
O bildirib ki, qarşıdakı bələdiyyə və parlament seçkiləri arasında zaman çox qısadır: "Belə ki, bələdiyyə seçkiləri yekunlaşan kimi, parlament seçkiləri başlayacaq. Ona görə də seçkilərin bu cür keçməsi seçki kampaniyası aparan təşkilatlara bir qədər çətinliklər yaradıb. Özüm şəxsən rayonlarda bələdiyyə seçkiləri üçün seminarlar keçirmişəm. Eyni işi yenidən parlament seçkiləri üçün də etmək lazımdır. Halbuki, biz bu prosesi 3-5 ildən bir seçkiyə 6 ay müddət qala aparırdıq. Bu cəhətdən bir qədər də zamanın az olması prosesin aparılmasına qismən çətinliklər törədə bilər".
M.Zülfüqarlı vurğulayıb ki, bu seçkilərin indiyə kimi keçirilimiş seçkilərdən üstün cəhəti isə o ola bilər ki, cənab Prezidentin apardığı islahatlar fonunda Parlamentdə də islahatlar aparılmalı idi və seçikələrə hələ 9 aya yaxın müddət var idi: "Bu cəhətdən demək olar ki, seçki prosesi ölkədə aparılan islahatlarla eyni zaman kəsiyində həyata keçirilmiş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB