YAP Pirallahı rayon təşkilatının 4 saylı Texniki-Quraşdırma Bölümü ilk partiya təşkilatında iclas keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 4 saylı Texniki-Quraşdırma Bölümü ilk partiya təşkilatında iclas keçirilib. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının aparat rəhbəri İlqam Əskərov Yeni Azərbaycan Partiyasının böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyinin gündən-günə artdığını qeyd etdi. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə həyata keçirilir.

İclasda təşkilati məsələlərə baxılıb. 4 saylı Texniki- Quraşdırma Bölümü ilk partiya təşkilatının idarə heyəti üzvləri və partiya fəallarının təklifi ilə Hüseynov Ramiz Hüsən oğlunun namizədliyi irəli sürülüb. Səsvermə yolu ilə sədr seçildikdən sonra Ramiz Hüseynov iclas iştirakçılarına təşəkkürünü bildirərək, ilk partiya təşkilatında işin keyfiyyətinin artırılması üçün səylə çalışacağına söz verdi.
4 saylı TQB ilk partiya təşkilatının fəaliyyəti ilə bağlı İ.Əskərov mövcud olan nöqsanlarla bağlı iradlarını bildirərək, partiya sıralarına yeni üzvlərin qəbulunda savadlı, perspektivli gənclərə üstünlük verilməsini tövsiyə etdi. İqtisadi sahədə əldə olunan nəticələr Prezident İlham Əliyevin xalqın dəstəyinə söykənən, regionların davamlı sosial-iqtisadi inkişafını və bununla da, vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasını təmin edən siyasətinin müdrikliyinə və uzaqgörənliyinə, hədəflərimizin əzəmətinə və reallığına inandırıcı sübutdur. İdeoloji işin səmərəliliyinin artırılması ilə bağlı son illərdə sosial şəbəkələrdə aktivlik nümayiş olunur.
İclasın sonunda 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərində partiya üzvlərinə fəallıq nümayiş etdirməsi tövsiyə olundu.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...