Paşinyan hakimiyyəti korrupsiyanı ört-basdır etməyə çalışır

Çoxsaylı korrupsiya riskləri pərdə arxasında gizlədilir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Parlaq Ermənistan" partiyasının üzvü Mane Tandilyan nazirlərin və nazir müavinlərinin maaşlarının artırılması məsələsinin gizli prosedurla həll edildiyi barədə aysor.am-a verdiyi müsahibədə deyib.

“Bu məsələ ilə əlaqədar suallara cavab almaq istəyirəm ki, bu hansı prosesdir, bu şəraitdə həmin məsələnin jurnalistlərdən gizli saxlanılması nə deməkdir? Millət vəkili olaraq, bilmək istəyirəm ki, söhbət nədən gedir və nə baş verir? Məlumdur ki, çoxsaylı korrupsiya riskləri həmişə gizli pərdə arxasında saxlanılır", deyə Mane Tandilyan bildirib.
Görünür, korrupsiyanı Paşinyan hakimiyyəti ört-basdır etməyə çalışır və bu səbəbdən də özünün, özünə yaxın olan nazirlərinin, nazir müavinlərinin əmək haqlarının artırılmasını gizli saxlayır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...