Ermənilər Azərbaycana məxsus olanları özününküləşdirməyə çalışırlar

Amerikanın CNN televiziya şirkəti, bolluq və firavanlıq rəmzi kimi dünyanın ən yaxşı 50 çörəyinin siyahısını tərtib edib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, lavaş çörəyi də bu siyahıya daxil edilib.

Məlumatda qeyd olunur ki, ermənilər bu çörəyin onlara məxsus olduğunu iddia edirlər. CNN Fransa, Braziliya, İran, Gürcüstan, Kuba, İrlandiya, Əfqanıstan, İtaliya, İsrail, Çili, Çin, Efiopiya və bir çox başqa ölkələrdə milli çörək növlərini təqdim edib.

Yayımın müəllifi xüsusilə vurğulayır ki, ağ buğda unundan hazırlanan lavaş 30 saniyə ərzində təndirin içərisində qəhvəyi rəngli qabarcıqlara çevrilir. Ermənilər sübut etməyə çalışırlar ki, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş lavaş ermənilərə məxsusdur. Amma bir məsələni unudurlar ki, nə lavaş, nə də təndir sözlərinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Ermənilər Azərbaycana məxsus hər nə varsa özününküləşdirməyə çaışırlar, amma bilməlidirlər və bilirlər ki, lavaş Azərbaycan çörəklərindəndir ki, bunu ermənilər heç bir formada özlərininki kimi təqdim edə bilməzlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə