"Türkiyə Mənbicə daxil olmayacaq" ƏRDOĞAN

“Türkiyə Mənbicə daxil olmayacaq”. SİA “Yeni Şafak”a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Vaşinqtonun verdiyi vədlərinə baxmayaraq, kürd qruplaşmaları Mənbici tərk etməyiblər.

“Türkiyə oraya daxil olmayacaq, ora həqiqi ərəb sahibləri daxil olacaqlar və bizim hədəfimiz onların təhlükəsizliyini təmin etməkdir”, deyə qeyd edən Ərdoğan onu da bildirib ki, Rusiya Kobanidə “Sülh mənbəyi” hərbi əməliyyatlarının keçirilməsinə etiraz etmir.

“Görünən budur ki, bizə problem yaranmayacaq. Biz Rusiya ilə hərbi, diplomatik səviyyədə danışıqlar aparırıq”, Türkiyənin lideri vurğulayıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə