Putin Paşinyanın yalvarışlarına məhəl qoymayıb TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinə Suriya erməniləri üçün vacib bir xahişlə müraciət edib. Ernənistana məxsus mətbuat səhifələrində, xüsusilə aysor.am saytında yayımlanan məlumatda qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində Aşqabadda Rusiya prezidenti Vladimir Putinə müraciət etdiyi barədə yazıb.

Məlumatda qeyd olunur ki, Nikol Paşinyan bu müraciətin Suriya erməniləri üçün vacib olduğunu öz səhifəsində qeyd edib. O, xüsusilə vurğulayıb ki, erməni icmasının təhlükəsizliyi üçün bu müraciət xüsusilə vacibdir.

Qeyd edək ki, bunun ardınca, yəni Aşqabaddakı görüşdən sonra erməni baş nazirlə Putin arasında telefon danışığı da olub.

"Rusiya Federasiyasının prezidentinə dərhal reaksiya verdiyinə görə minnətdaram", deyə Paşinyan öz səhifəsində yazır.

Qərb siyasətinin oyuncağına çevrilən Ermənistanla bağlı hadisələrə Rusiya müşahidəçi kimi yanaşır

Görünən isə tamamilə başqa məqamlardan xəbər verir. Beləki, əgər, Rusiya prezidenti erməni baş nazirə onun növbəti populizmlə qeyd etdiyi kimi, cəld reaksiya versəydi, Paşinyan Aşqabaddakı görüşdən sonra bir də təkrarən Putinlə telefon əlaqəsi yaratmazdı. Özü də sırf Suriya məsələsi ilə əlaqədar. Aşqabadda Rusiya prezidentinin dərhal reaksiyasının şahidi olmuşdusa, niyə axı bu görüşdən sonra Paşinyan bir də Putinə zəng edirdi? Sağollaşmaq yadından çıxmışdı, yoxsa reaksiyasına görə minnətdarlıq hissi baş qadırmışdı?

Əksinə, məlum olur ki, lap aydın şəkildə desək, Putin Paşinyanın yalvarışlarına məhəl də qoymayıb. Əvvəla ona görə ki, Ermənistan kimi, şəxsən Paşinyanın özü kimi xəyanətkarların problemi, təhlükəsizliyi Vladimir Putini zərrə qədər maraqlandırmaz. Çünki, nəinki Rusiya prezidenti Vladimir Putin, hətta illər ərzində, daha doğrusu əsrlər boyu ermənilərin bütün problemlərini həll edən, hətta mövcudluğunu belə təmin edən ruslar sonda bu xəyanətkar toplumun əsl simasına bələd oldular. Qərb siyasətinə satılan ermənilərin ruslara olan hörmətsizlikləri belə onların diqqətindən kənarda qala bilməz. İndi ruslar çox yaxşı bilirlər ki, Ermənistanda Rusiya əleyhinə qüvvələr, hətta qurumlar belə fəaliyyət göstərir. Onu da bilirlər ki, dəfələrlə ruslara qarşı ültimativ çıxışlar da Ermənistanda səsləndirilib və indi də bu davam etməkdədir. Hazırda da Ermənistanda Rusiya yönümlülər hədəfə alınıb və Soros əmilərinin xoşuna gəlsinlər deyə bir-birinin ardınca onların əleyhinə bəyanatlar da verilir, təhqirlər, qeyri-etik ifadələr də səsləndirilir. Belə olan halda, belə bir vəziyyətdə Rusiyanı, onun prezidentini ermənilərin təhlükəsizliyi maraqlandıra bilərmi? Yaxud, bir vaxt böyük qardaş dediklərinə olan hörmətsizlikləri fonunda kömək dilənən bu yalvarışlarına məhəl qoyularmı? Əsla. Rusiya tərəfi indi müşahidəçi mövqedədir və Qərb siyasətinin oyuncağına çevrilən Ermənistan dövlətinin də, bütövlükdə erməni xalqının da ruslardan ayrı olmaları, onların himayəsindən məhrum olmaları səbəbindən düşdükləri hazırki acınacaqlı vəziyyətinə zövqlə tamaşa edir. Özü də bunu nümayişkəranə şəkildə edir. Ruslar olmadan ermənilərin bir heç olduğunu onların özlərinin də başa düşdüklərinin şahidi olmaqdan başda elə Vladimir Putinin özü olmaqla bütün Rusiya vətəndaşları həzz alırlar və bu mənada haqlıdırlar da. Elə bu səbəbdən də Paşinyanın öz Facebook səhifəsində yazdığı yalanlara heç özünün də inanması şübhəli görünür.

Aparılan antiterror əməliyyatlarına Rusiya dövləti, bu dövlətin prezidenti əks reaksiya verməz

Digər tərəfdən, Suriyada baş verən hadisələrdən bütün dünya ictimaiyyəti xəbərdardır və Türkiyənin bu ərazilərdə antiterror əməliyyatları keçirdiyini də hamı bilir. Hamı bilir ki, Türkiyə bu əraziləri, yəni Suriya torpaqlarını terrorçulardan təmizləyir və nə torpaq iddiasındadır, nə də bir başqa iddiada. Dünya ictimaiyyəti bundan əvvəl də Türkiyənin belə əməliyyatlarının şahidi olub və indi ermənilər bar-bar bağırsalar belə türklərə nə qara yaxa bilərlər, nə də bu əməliyyatlara don geyindirmələri mümkünsüzdür. Çünki, bütün dünya şahidi oldu ki, bundan əvvəlki əməliyyatlar zamanı da türklər əraziləri terrorçulardan təmizləyib yerli əhalinin həmin ərazilərdə məskunlaşmalarını reallaşdırdı.

İndi belə bir terror məkanında aparılan antiterror əməliyyatlarına Rusiya dövləti, bu dövlətin prezidenti əks reaksiya verərmi? Ermənilərin bu terror yuvasında məskunlaşması, terrorçuların arasında olmaları və indi antiterror əməliyyatları zamanı zərər çəkmələri məsələsinə gəldikdə, sual oluna bilər ki, bu ermənilər həmin terrorçuların niyə arasındadırlar? Bu məsələ çox böyük məqamlardan xəbər versə də, amma müzakirə mövzusu bu deyil və kökləndiyimiz məsələ erməni baş nazirin ağ yalanınadır deyə tamam başqa məqamlara toxunulur. Bu məqamlar isə Paşinyanın növbəti dəfə daxili auditoriyanı aldatmaq cəhdlərini, populizmini, yalançılığını ifşa edir.

Məğlub və pərt duruma düşən Nikol Paşinyanın yalanlara, populizmə, avantüraya, manipulyasiyalara əl atması başadüşüləndir

Ələlxüsus Putin Türkiyə ilə isti münasibətlərinin belə bir məqamında ermənilərə görə heç reaksiya verməz. Paşinyan öz Facebook səhifəsində də, lap elə tribunada da bu barədə ağız dolusu danışsa, daxili auditoriyanı inandırmağa çalışsa da belə bu heç inandırıcı görünmür və reallıqdan çox uzaqdır deyə buna inanan olmaz. Rusiya ABŞ kimi fövqəl dövlətin hədəfində olduğu bir məqamda, gərginliklərin daha da artdığı dövrdə Türkiyə ilə əlaqələrə əbəs yerə üstünlük vermir və bu əslində, rəqibinə tək olmaması barədə bir mesaj vermək deməkdir. Dünya ictimaiyyəti Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlarda baş tutan görüşlərinin mütəmadi xarakter daşıdığının şahididir. Bu görüşlərin mütəmadi xarakter daşıdığı heç də təsadüfi deyil və bu iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşdığı göz qabağındadır. İndi bu münasibətlərində fonunda Vladimir Putin ermənilərə, Ermənistan dövlətinə görə antiterror əməliyyatlarına qarşı çıxacağı, Suriyadakı ermənilərin, erməni icmalarının təhlükəsizliyini nəzərə alaraq Nikol Paşinyanın yalvarışına reaksiya verməsi, özü də dərhal reaksiya verməsi absurd səslənir.

Əslində, Nikol Paşinyanın belə yalanlara, populizmə, avantüraya, manipulyasiyalara əl atması başadüşüləndir. Çünki, bu hədər hadisələrin ardınca, şəxsən Vladimir Putinin Ermənistana gəlişi zamanı bu ölkənin baş nazirinə hörmətsizlik edərək onun görüşlərindən imtina etməsi, rədd cavabı verməsinin ardınca Aşqabaddakı hörmətsiz duruma düşməsi də onun reputasiyasına ciddi zərbədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Aşqabadda öz ölkələrində terrorçuya heykəl ucaldan ermənilərə, buna susan, göz yuman hazırki Ermənistan hakimiyyətinə, şəxsən Nikol Paşinyanın özünə ünvanladığı ifadələrdən sonra erməni baş nazirin hansı üzlə, daha doğrusu hansı pərtlik və məğlubiyyətlə öz ölkəsinə qayıtdığı bir reallıqdır. Sözsüz ki, erməni baş nazir bu məğlubiyyətini ört-basdır etmək, pərtliyinə olan diqqəti yayındırmaq üçün bu hiyləyə əl atır və yenə də yerli əhalinin, ermənilərin qulağını doldurmaqla vəziyyətdən çxış yolu axtarır. Amma nə Ermənistan, nə də dünya ictimaiyyəti Nikol Paşinyanın bu populizmini, bu yalanlarını sonsuza qədər dinləmək məcburiyyətində deyil. Küçə nümayişçisi kimi tanınan və ictimaiyyəti, erməni xalqını aldadaraq, çevriliş edərək zəbt etdiyi baş nazir kürsüsündə oturan avantüristin birinin boş, populist çıxışlarından və nəticəsiz qalan vədlərindən sonra, yəni artıq bundan sonra növbəti yalanlarının ayaq tutub yericəyi mümkünsüzdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə