"Ermənistan İrana mələk kimi görünməkdə davam edir" ÖZƏL - ŞƏRH

"İran bilərəkdən və ya bilməyərəkdən Ermənistanı mələk kimi görür". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz direktorunun sözlərinə görə, son günlər baş verən proseslər göstərdi ki, Ermənistan İrana qarşı istənilən təxribata getməyə hazırdır:

I. Ermənistanda elektrik qəzası baş verdi. Rəsmilər bunu İranla əlaqələndirmək istədilər. Amma heç kəs izah edə bilmədi ki, niyə İranla Ermənistan sərhədində olan 2-3 Su Elektrik Stansiyasında qəza baş vermədi, Yerevanda İstilik Elektrik Stansiyalarında qəza baş verdi. İranda Ermənistanın İran sərhədlərinə yaxın elektrik stansiyasında qəzanın baş verməməsi, məhz Yerevanda baş verməsi göstərir ki, qəzanın əsas mənbəyi Ermənistanın daxilindədir, qəza İranda da hiss olunub.

Ağıla gələn variantlardan biri də budur ki, kimsə Ermənistan ərazisi vasitəsilə İranda elektrik qəzası törətmək istəyirmiş.

II. İsrail-Ermənistan münasibətlərində yeni dinamika var. N.Paşinyan İran səfərindən qayıtdıqdan sonra dərhal İsrailə Ermənistanın 2 rəsmi nümayəndə heyəti getdi.

İran bu günədək Ermənistanın İsraillə münasibətlərinə bir dəfə də olsun reaksiya verməyib. Amma Ermənistan-İsrail münasibətlərinin motivasiyasında İranın olması barədə hətta Ermənistanın Baş naziri və Xİ nazirinin səsləndirdiyi bəyanatlarda var.

İran indi Ermənistana barterlə qaz vermək istəyir. Əslində bu yenidən Ermənistanı xilas etmək anlamındadır. Qazın qiymətinin Rusiya tərəfindən qaldırıldığı bir vaxtda İranın Ermənistana barterlə qaz verməsi Rusiyanın İrana qarşı siyasətinə təsir edəcək. Rusiya İranın şimal ərazilərində, xüsusən qaz və elektriklə təchizatında mövqeyini möhkəmləndirəcək ki, İran Ermənistanla münasibətlərini kəssin. Bu artıq regional miqyaslı məsələdir.

İranın Ərəb dövlətlərinə qarşı əsas iradı işğalçı İsrailin başını sığallamasıdır. İsrail bəzi Ərəb dövlətlərinin qonşusudur. İran özü də işğalçı qonşusu ilə münasibətdə çox məsələləri nəzərə almalıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...