Rusiyanın "Nezavisimaya Qazeta" nəşri Ermənistan və Nikol Paşinyan hökumətinin qarşısında duran çətinliklər barədə məqalə dərc edib. SİA-nın məlumatına görə, bu barədə rusarminfo.ru saytında informasiya yayımlanıb.

Saytda məlumat verilir ki, məqalədə, xüsusən, məhkəmənin keçmiş prezident Robert Koçaryanı həbsdən azad etməsi və məhkəmə binalarının qarşısını blokadaya almaq üçün baş nazirin çağırışına dair son hadisələr yer alır.
Nəşr xüsusilə qeyd edir ki, müxalifətə keçmiş və ciddi resursları qoruyan Respublikaçılar Partiyası müttəfiqləri ilə intiqam əhval ruhiyyəsini gizlətmir. Bu düşərgəyə inqilabı dəstəkləyən, lakin adekvat nəticə əldə etməyən qüvvələr qoşulmağa başlayıb.

Məqalədə o da qeyd olunur ki, Paşinyanın öz mövqeyini qoruyub saxlaması və öz siyasi kürsünün uğurlu olmasını isbat etməsi üçün çox az vaxtı qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə