Fuad Əliyev: “Kim birincidir, kim axrıncıdır söhbəti gedir” ALDP-dən etiraz

Azərbaycan Liberal Demokratik Partiyasının (ALDP) sədri Fuad Əliyev ənənəvi düşərgənin müxtəlif cinahlarında fəaliyyət göstərən və özlərini “ana müxalifət partiyası”, yaxud “müxalifətin vahid lideri” kimi təqdim edənlərə eyham vuraraq, onları sərt şəkildə tənqid edib. ALDP sədrinə görə, digər ölkələrdəki müxalifətçilərdən fərqli olaraq, Azərbaycanda müxalifət tam əksinə hərəkət edir. “Xarici ölkələrin mütərəqqi seçki təcrübəsi izlənilsə də, bundan nəticə çıxarılmır və yenə də şəxsi ambisiyalar hər şeydən öndə dayanır”, deyən Fuad Əliyev özlərini hər kəsdən üstün tutan “liderlərin” müxalif düşüncəli şəxsləri azad seçim etməyə imkan vermədiklərini bildirib: “Deyir ki, nəyə görə biz Fuad Əliyevin ətrafında toplaşmalıyıq, yaxud, niyə Əli Əliyevin ətrafında birləşək, onlar kimdirlər ki? “Mənəm lider, mənəm güclü, mənəm müxalifət” və sair iddialarla güclərin parçalanmasına xidmət edirlər”.

Müxalifətçi partiya sədri köhnə müxalifətçilərin geri çəkilməli və gənclərə yol açmalı olduqlarını deyib. “Müxalifətin əsas aşmalı olduğu baryer budur”, deyə qeyd edən Fuad Əliyev “mənəm-mənəmliyin” müxalifəti məğlub duruma saldığını istisna etməyib. Belə ki, “Hələlik isə bizdə kim birincidir, kim axırıncıdır söhbəti gedir”, deyə bildirən ALDP sədri belə davam edəcəyi halda, heç bir uğurun əldə edilə bilinməyəcəyini etiraf edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...