Azərbaycan ilə Almaniya arasında əməkdaşlığa dair müzakirələr aparılıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyaya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri səfir Maykl Siebert ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün Tvitter səhifəsində bildirib. Görüşdə ikitərəfli əlaqələr, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində şöbə müdirinin Almaniya Prezidenti və Kansleri Aparatında, aparıcı elmi-tədqiqat mərkəzlərində görüşləri, həmçinin Bundestaqda Cənubi Qafqaz mövzusunda çıxışı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə