Aydın Mirzəzadə: “Müxalifət radikallığa və provakasiyaya üstünlük verir ” RƏY-ÖZƏL

“Belə bir təəssürat yaranır ki, müxalifət ancaq kütləvi aksiya ilə mövcudluğunu yada salmaq istəyir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, nə cəmiyyətlə işləmək, nə cəmiyyət qarşısında duran problemlərin həlli ilə bağlı bir proqram ortaya qoymaq, nə də Azərbaycan xalqının Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində məsuliyyəti öz çiyninə götürmək istəmir: “Müxalifət radikallığa, provakasiyaya, hüquq mühafizə orqanları ilə qarşıdurmaya üstünlük verir. Şübhəsiz ki, bütün bunların hamısı xaricdən aldığı təlumatlar əsasındadır. Bu gün Azərbaycan radikal müxalifət milli maraqlarının yerinə yetirilməsində maraqlı deyil. Kütləvi aksiya keçirmək üçün mükəmməl bir qanun var və buna uyğun olaraq fəaliyyət göstərmək olar. Şəhərin mərkəzində insanların istirahət yerində bir qrup insanın icazəsiz aksiya keçirməsi əlbəttə qanuna hörmətsizlikdir. Bu radikal müxalifətin ilk növbədə xaricdə ki, müəyyən anti-Azərbaycan mərkəzlərinin maraqlarına uyğun hərəkət etmək istəyindən irəli gəlir. Hesab edirəm ki, belə hərəkətlərlə onlar özlərinin anti-milliliyini və xaricdən asılı olduqlarını ortaya qoyurlar. Əgər bununla onlar Azərbaycan dövlətinin möhkəmliyini yoxlamaq istəyirlərsə müvafiq cavab alacaqlar”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...