Erməni yanlısı Leyla Yunusun qarğa burnu indi nə eşələyir?

Çingiz Qənizadə: "Bütün ömrü boyu anti-Azərbaycan fəaliyyəti ilə tanınan Leyla Yunus yenə də öz apmluasındadır"


"Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunus yenə də köhnə ampulasındadır. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının aktiv iştirakçılarından olan "Amnestye İnternational"ın "siyasi məhbus"la bağlı qərəzli çağırışına səs verən L.Yunus vətən xaini və satqın ermənilərlə yenə də iş birliyi qurduğunu nümayiş etdirdi. Bu, heç də təəccüb doğurmur. Çünki L.Yunusun kim olduğunu, hansı əməllərə sahiblik etdiyini və hansı dairələrə xidmət etdiyini xatırlatmağa ehtiyac yoxdur. Onun daxilində yaşadığı, çörəyini yediyi dövlətə və xalqa qarşı patoloji nifrət formalaşıbdır. Eyni zamanda, L.Yunus müxtəlif vaxtlarda başqa anti-Azərbaycan layihələrinə imza atdığı da bəllidir. Məsələn, özünü "hüquq müdafiəçisi" kimi qələmə verən bu şəxs Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə ermənilərlə birgə sayt da yaratdı. Saytın materialları ilə tanış olduqda, hansı məqsədə xidmət etdiyini müəyyən etmək çətin deyil. Bu layihə hazırda davam etdirilməkdədir.

Erməni xislətli satqın Leyla Yunus indi nə istəyir?

Xüsusilə, son günlərdə L.Yunus mətbuata verdiyi müsahibələrində Azərbaycanın son 15 il ərzindəki uğurlarına qısqanclıqla yanaşaraq, öz çirkin niyyətlərini açıq-aydın göstərməkdədir. O zaman sual olunur: görəsən, bu erməniləşmiş Leyla Yunus bu addımları ilə nəyə nail olmaq istəyir?Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, L.Yunusun məqsədi bəllidir və o, Azərbaycanla bağlılığı olmayan bir adamdır: "O, heç vaxt Azərbaycan dövlətini, hakimiyyətini və xalqını qəbul etməyib. L.Yunus Azərbaycanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, heç bir halda, dövləti və onun rəsmilərini sevən bir insan olmayıb. Onun yeganə məqsədi varlanmaq olub. Bunu da qeyri-hökumət təşkilatı olaraq, xaricdən müəyyən maliyyə vəsaiti almaqla, onların sifarişi əsasında Azərbaycana, onun siyasi rəhbərliyinə və hakimiyyət qollarına böhtan atmaqla həyata keçirib. Beləliklə də, həmin maliyyə mənbələrini öz məqsədi üçün istifadə edib. Bilirik ki, hələ burada olarkən, xaricdən aldığı qrantlar hesabına bir neçə mənzil və ofis alıb. Bu faktı vaxtilə digər vətəndaş cəmiyyəti institutlarının rəhbərləri də qeyd etmişdilər".

Deputat qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin dostluq istiqamətində artan inkişafı Ermənistanı narahat etdiyi kimi, erməniləri sevən L.Yunus kimilərini də narahat etməyə başlayıb: "Onlar erməni dostlarının, qardaşlarının siyasi xəttinə uyğun olaraq, Azərbaycanla Rusiya arasında hansısa bir formada şübhə toxumu səpmək və nifaq salmaq yolunu tutublar. İndi də L.Yunus Rusiyanın hansısa bir mətbuat orqanında Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin, mətbuatın, qeyri-hökumət təşkilatının olmaması ilə bağlı yalan, iftira və böhtan dolu fikirlərini bildirir. Məqsəd aydındır: hədəf Azərbaycan dövlətidir, siyasi hakimiyyətidir, xalqımızdır. Çünki Azərbaycan siyasi hakimiyyətini xalq formalaşdırır. Bu adamın yeganə məqsədi Azərbaycan dövləti və xalqına qarşı qarayaxma kampaniyasında iştirak etməklə, xaricdən daha çox maliyyə vəsaiti almaq və özünün şəxsi varidatını artırmaqdır".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə