Müxalifətin növbəti mitinq iflası


Dəyişməyən təfəkkür, əxlaqsız çağırışlar

Dağıdıcı müxalif ünsürlər anlamalıdırlar ki, xalq onları qəbul etmir və bu antimilli düşərgənin heç bir aksiyasını dəstəkləmir. Ölkəmizdəki dağıdıcı müxalifətinin, o cümlədən, anti-Azərbaycançı qüvvələrin sifarişləri ilə yaradılan qondarma "Milli Şura" deyilən ölü qurumun fəaliyyətinin hər bir epizodu Azərbaycan cəmiyyətinə bəllidir. Azərbaycan dövlətinin və xalqının milli maraqlarına əks-mövqe tutmaq və ölkə mənafeyinə zidd hərəkət etmək bu qüvvələrin "konsepsiya"sına çevrilib.
Düşmən dəyirmanına su tökməyi özlərinə şərəfsizlik bilən dağıdıcı müxalifət satqınları - Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Gültəkin Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıl ... və həmişə olduğu kimi, bu gün də 5-10 avro müqabilində erməni puluna satın alınmışlar beynəlxalq aləmdə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışırlar. Yenə də, artıq ötən həftədən başlayaraq, fevralın 23-nə təyin etdikləri mitinqlə bağlı dəyişməyən təfəkkürilə çıxışlar edirlər. Yenə də, əvvəlki mitinqlərdə olduğu kimi, Avropada "siyasi mühacir" adı altında yaşayanlara da çağırış etdilər ki, bütün müxalifət cəbhəsinin təmsilçiləri "birləşin", "çəkici bir zindana döyün" də deyirlər. Abırsızlıq və əxlaqsızlıq buna deyərlər. Ötən mitinqlərdə biabırçılığınızdan bir ibrət dərsi niyə götürmədiniz? Bir də olmayan şeyi necə tələb etmək olar? Satqınlarda və əxlaqsızlarda nə abır?

Taylı-tayın tapar və ya "siyasi mühacir"lərin əxlaqsız çağırışları

Satqınlıq tarixən əxlaqın və mənəvi prinsiplərin aşınmasının göstəricisi kimi dəyərləndirilib. Naturasında xəyanət olan kəslər üçün isə, satqınlıq etmək adi bir şeydir. Məhz bunun nəticəsidir ki, ağlı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər ki, bu da, "taylı tayını tapar" məsəlinin hər zaman özünü doğrultmasından irəli gəlir.
Bəli, bunlar o əxlaqsız "siyasi mühacirlər"dir ki, aldıqları qrantlara görə bütün mənəviyyatlarını sataraq, anti-Azərbaycan kampaniyalar təşkil edirlər. Faktlar da bunu təsdiqləyir. Belə ki, Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər və yaxud da tarixi və önəmli günlər, ən əsası isə, xalq-iqtidar birliyinin olmasından qıcıqlanan bu zəhərli parazitlər, elə zənn edirlər ki, xarici ölkələrdə Azərbaycan əleyhinə çağırışlar etməklə nəyəsə nail olacaqdar. Ancaq anlamırlar ki, AXCP sədri Ə.Kərimli, C.Həsənli və digər onun kimi antimilli şərəfsizlər bu gün çirkin əməllərinə görə qrantlarla təmin olunur və bu qrantlar isə, onları üz-üzə qoyaraq, qırğına çıxırlar. Bu gün hansı formadasa mitinq keçirmək istəkləri isə, yenə də iflasa uğrayacaq.
Bu, o dağıdıcı qüvvələrdir ki, adi kriminal hadisəni siyasi avantüraya çevirmək, miqyasını böyüdərək süni rezonans yaratmaq, bununla da, sabitliyi pozmaq və ən nəhayət, Azərbaycanda öz xain niyyətlərini həyata keçirməyə nail olmayıblar və bundan sonra da olmayacaqlar. Qoy həmin qüvvələr bilsinlər ki, bütün bunlar əbəs cəhdlərdir. Suyu bulandırma cəhdlərinin perspektivi yoxdur. Odur ki, bulanıq suda balıq tutmaq istəyənlər bilməlidir ki, Azərbaycan vətəndaşını öz xəbis niyyətinin icraçısına çevirə bilməyəcəklər. Ə.Kərimli, E.Milli, L.Yunus, X.İsmayıl, N.Adilov və bu kimi satıb-satılan ünsürlər həmin xarici qüvvələr tərəfindən bir əlcək kimi istifadə olunub kənara atılır. Bundan sonra da başlayırlar öz aralarında bir-birinin paxırını açmağa. Bu, belə də olub və olmaqdadır. Çünki onların əsl mahiyyəti alət olmaqdır.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə