"Bəzi sahibkarlar müxtəlif bəhanələrlə qiymətləri qaldırırlar” MÖVQE

“Prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb. İslahatlar xalq tərəfindən dəstəklənir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli bildirib.

Prezidentin minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamınını dəstəkləyən deputat ölkədəki qiymət artımından da danışıb. “Cənab Prezidentin sərəncamı təqdirəlayiqdir. Amma çox təəssüflər olsun ki, biz süni qiymət artımına rast gəlirik. Cənab Prezident özü isə süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib. Bəzi sahibkarlar bayramları bəhanə gətirərək qiymətləri qaldırırlar”.

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...