Söyüş müxalifəti, yoxsa... TƏRS BAXIŞ

Bu adamların bir adı var: MƏNƏVİYYAT TERRORÇUSU!

Avropa küçələrində və sosial şəbəkələrdə ağızlarına gələnləri ictimai rəyə sırıyan, bu vasitə ilə guya hakimiyyətə qarşı siyasi mübarizə apardıqlarını iddia edən və söyüş müxalifəti kimi adlandırılan ünsürlərin əslində mənəvi terrorçu olduqlarını çoxsaylı faktlarla isbatlamaq mümkündür. Hətta xalqı mənəvi terrora məruz qoyan bu ünsürlərin əllərinə imkan düşərsə, fiziki terrora da meylli olduqları göz önündədir. Ümumiyyətlə, siyasi mübarizə adı altında qeyri-sivil yollarla, yəni qisasçılıq siyasəti aparmaqla yanaşı, həm də bir-birləri ilə qrant davasına çıxan orduxanlar, turallar, məhəmmədlər, rəfaillər, vidadilər və s. bütün mənalarda dövlət, xalq, millət, əxlaq, şərəf, ləyaqət, mənəviyyat kimi meyarlardan qat-qat uzaqdadırlar. Biz, dəfələrlə müşahidə etmişik ki, müxtəlif hadisələrdən dərhal öz məqsədləri üçün yararlanmağa cəhd edən bu tiplər yığnağı açıq-aşkar dövlətə, dövlət rəsmilərinə və onların ailələrinə qarşı terror çağırışları etməyə başlayırlar. Bəlkə də bir çoxları bunu eyforiyaya qapıla hissi ilə əlaqələndirə bilərlər, amma bu heç də belə deyil. Bu, sadəcə və sadəcə terrorçuluğa çağırışlardır!

Azərbaycan xalqına qarşı mənəvi terror törədənlərin xislətləri artıq indeksləşib

Sadə bir misal gətirək. Belələri sosial şəbəkələr vasitəsilə Avropa küçələrində dövlətin maraqlarını müdafiə edən istənilən şəxsi görsələr, dərhal ölüm təhdidi edirlər, hədələr yağdırırlar. Ümumiyyətlə, reallığa qalanda həmin şəxslərin klaviaturalar, monitorlar arxasında “şirə” dönmələri həyatda dovşan qədər olmadıqlarıına dəlalətdir. Ən azından ona görə ki, əgər həqiqətən də millət dərdi çəkənlərdilərsə, mübarizələrini Avropa küçələrində polyaçiliklər edərək deyil, ölkədə aparardılar.

Azərbaycan xalqına qarşı mənəvi terror törədənlərin xislətləri artıq indeksləşib və bu gün belələrinin İŞİD, Ən-Nüsra, Əl-Qaidə, Taliban və s. terrorçularından heç nə fərqlənmədikləri göz önündədir. Çünki terrorçular ələ keçirilərək, qanun qarşısına çıxarılarkən, onların “mübarizliklərindən”, “döyüşkənliklərindən” əsər-əlamət belə qalmır. Hətta onların qadın paltarları geyinərək, aradan çıxmalarını göstərən çoxsaylı videomateriallar mövcuddur və...

Və inanın ki, orduxanımlar və sairləri də “quyruqları qapı arasında” qalanda aradan çıxmaq üçün bu vasitəyə əl atarlar!

Belə xainlər barədə ciddi ölçülər götürülsün!

Lakin məsələ həm də ondadır ki, bəlkə də bu tipli ünsürlərə, ictimai-siyasi tör-töküntülərə söyüş müxalifəti demək də doğru deyil. Çünki normalda əsl müxalifət, sivil müxalifət belə olmur. Yəni “şüarları”, “ideologiyaları” söyüşdən ibarət olan ünsürləri müxalifət adlandırmaq, onları ciddiyə almaq və şərəfləndirmək demək olardı. Bu adamların bir adı var: TERRORÇU! Onlar hal-hazırda da, siyasi, mənəvi və qisasçı terrorçuluqla məşğuldurlar. Düzdür, onların Azərbaycan üçün hər hansı bir şəkildə təhlükə saymaq da olmaz. Ancaq, unutmamalıyıq ki, milçək murdar olmasa da, ürək bulandırır. Belələri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış edən aşkar düşmənlərimiz - ermənilərin nökərləridirlər və lazım olan zaman çoxdan çatıb. Həmin zaman ki, belə xainlər barədə ciddi ölçülər götürülsün!

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...