Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib

Avropa Parlamentində Azərbaycanda insan haqları ilə bağlı müzakirələr aparılmış və növbəti dəfə qərəzli qətnamə qəbul olunmuşdur. Bu müzakirələr Avropa Parlamentinin antiazərbaycan mövqeyi ilə tanınan, erməni lobbisi tərəfindən dəsdəklənən bir qurup siyasətçi tərəfindən gündəmə gətirilib. Qəbul olunan qətnamədə söz və mətbuat azadlığının təmin edilməsinə, siyasi məhbusların buraxılmasına çağrış yer alıb. Bunlar göstərir ki, Avropa Parlamentində Azərbaycana qarşı ikili standartlar hələ davam edir. Çünki Avropa Parlamentində yaxşı bilirlər ki, Azərbaycanda mətbuat və söz azadlığı təmin olunur, mətbuata, fikir və söz azdlığına qarşı senzura yoxdur.

Uzun illərdir ki, təcavüzkar Ermənistan tərəfindən öz doğma yurdlarından qovulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayırlar. Beynəlxalq aləm və o cümlədən Avropa Parlamenti qaçqın və məcburi köçkün həyatı sürən azərbaycanlıların pozulmuş haqlarına biganə qalaraq bu məsələni bir dəfə də olsun müzakirə edib, qiymət verməmişdir.

Azərbaycanı Avropa Parlamentində təmsil edən nümayyəndə heyyəti dəfələrlə bu Parlamentin iclaslarında insan haqqları ilə bağlı məsələlərin müzakirəsi zamanı qonşu dövlət olan Ermənistanın təcəvüzkar siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan çox azərbaycanlının ən adi insan haqlarından məhrum olduqlarını bildirərək bu məsələni müzakirə edib qiymət verilməsini tələb etmişlər. Çox təssüflər olsun ki, bu vaxta kimi Avropa Parlamenti bu məsələyə münasibət bildirməmişdir. Bu bir daha göstərir ki, Avropa Parlamenti Azərbaycana qarşı siyasətdə ikili standartlardan hələ əl çəkməyib. Avropa İttfaqı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın səviyyəsi tələb edir ki, Avropa Parlamenti Azərbaycana qarşı siyasətində ikili standartlardan əl çəksin hər iki tərəfin maraqlarına uyğun siyasəti həyata keçirsin.

Bütün xəbərlər Facebook səhifəmizdə