Azərbaycan səfiri etimadnaməsini Litva Prezidentinə təqdim edib

Litvanın Prezidenti Dalya Qribauskayte Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayevin etimadnaməsini qəbul edib. Görüş zamanı Prezident və yeni təyin olunmuş səfir ikitərəfli münasibətlərə, iqtisadi əməkdaşlığa, tələbə mübadiləsinə dair məsələləri, həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər.

Xəbər verilir ki, Litva Prezidenti Azərbaycanın bir çox sahələr üzrə Avropanın mühüm tərəfdaşı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Aİ və Azərbaycan arasında ikitərəfli dialoqu daha da genişləndirəcək yeni saziş üzrə danışıqlar prosesi davam edir.

Dalya Qribauskayte vurğulayıb ki, Litva Azərbaycanla iqtisadi əlaqələri, xüsusən informasiya texnologiyaları, turizm, qida sənayesi, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığı gücləndirməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə