Deputat: "Ermənistan kölə və vassal dövlətdir" ÖZƏL-RƏY

“Ermənistandaki seçkilərin surprizlərlə dolu olacağını öncədən qətiyyətlə söyləyə bilərəm. Ola bilər bu surprizlərin icrası zaman aparsın, təqdimatı gec olsun, amma bütün hallarda xoş surprizlər deyil və özündə yeni qan tökümünü, qarşıdurmanı, parçalanmaları ehtiva edəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, Paşinyan sabit siyasətçi deyil: “Yarım qram da olsun praqmatikliyi yoxdur. Ermənistan isə kölə və vassal dövlətdir. Belə baxanda tay-tayını əməlicə tapıb. Sadəcə məsələ burasındadır ki, müstəqil siyasəti olmayan dövlət və lider gündə yüz seçki təyin eləsə, keçirsə də mahiyyət dəyişməyəcək, həmin köləlik qalacaq, həmin vassal siyasətin estafeti davam edəcək. Güman ki, Paşinyan nəticələrlə qalib elan ediləcək. Amma mən hər zaman söylədiyimi sizə də deyirəm: bu məkanda əsas məsələ seçkidən sonrakı proseslərdir. Diqqət edin, Köçaryan seçkiyə 1 gün qala həbsə girdi. Niyə? Çünki firqələrarası ziddiyyət son həddə qədər irəliləyib. Demək ki, Paşinyan bu adamın timsalında çox ciddi təhlükə görüb. Hələ digər yanda susqun durub, saman altdan su yeridən Sarkisyan var. Onun nə planladığını kimsə bilmir. Yan, fövqəl dövlətlərin mövzuya müdaxiləsi də istisna deyil.

Xalq isə Paşinyanın Xüsusi Xidmət rəhbəri ilə deşifrə olunmuş son telefon danışığından sonra düşünür, hətta deyərdim ki, fikrini əməlicə dəyişib. Yəni, Ermənistanda indiki siyasi durum kompromat gücü ilə idarə olunur. Ortada real siyasət yoxdur və bir daha deyirəm: admnistrativ idarəçilik resursu, gücü, istedadı olmayan Paşinyan bu həlqələrdən sağ-salamat sivrilib piramidanın başına doğru getmə perspektivinə sahib deyil. Üstəlik, Ermənistanda yeni qətliamların, terrorların baş verə biləcəyi də tam mümkündür. Hər halda az qaldı, yaşayarıq görərik. Sadəcə dəqiq olan şey, mübaliğəsiz məqam odur ki, bu dövlət qarşudurmanın tam astanasındadır və hər yeni seçki onlara daha böyük bəlalar gətirəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...