Deputat: "Fransanın bu hərəkəti gülməlidir" ÖZƏL-MÖVQE

“Bako Saakyanın Fransaya səfəri və Fransanın buna göz yumması təbii ki, Avropanın açıqladığı ümumi prinsiplərinə və ideyalarına ziddir. Çünki, Avropa İttifaqı terroru və separatizmi dəstəkələmədiyini və insan haqlarına böyük dəyər verdiyini söyləyir. Həm də Fransanın özü Ərəb körfəzində demokratiya və insan haqları şüarı altında anti-terror əməliyyatlarda iştirak edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, bir tərəfdən Fransa terrorla mübarizə aparır, digər tərəfdən isə terrorçuları qəbul edir və onlara dəstək durmağa çalışır: “Fransanın belə hərəkətləri gülməlidir və belə bir siyasət Fransaya utancveridir. Bu onu göstərir ki, Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Fransa deyilən kimi səmimi deyil. Bu onu göstərir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti aldadıcı fəaliyyətdir. Minsk Qrupunun həmsədrlərinin bəyanatları heç də onların ürəyi istədiyi kimi olmadığını göstərir. Burada bir nəticə çıxarmaq olar ki, Fransanın təmsil olunduğu Minsk Qrupun həmsədrləri münaqişənin həllinə heç vaxt hər hansı müsbət töhfə verə bilməz. Ona görə də biz çalışmalıyıq ki, məsələ ilə bağlı yaradılmış Minsk Qrupun tərkibinə yenidən baxılsın, Fransa qrupun təkibindən çıxarılsın. Biz çalışmalıyıq ki, münaqişənin həllində BMT-nin qətnamələrinin həyata keçirilməsini tələb edək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə