Ermənistanda cinayətlərin sayı kəskin şəkildə artıb Arpine Ovannisyan

Ermənistanda 2018-vi ilin yanvarından avqustuna qədər ümumilikdə 14 min 205 cinayət hadisəsi qeydə alınıb. Ötən il bu rəqəm 12 min 484 üzərində idi. SİA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Arpite Ovannisyan Facebook səhifəsində yazıb.

“Əgər bir qədər də öncəki illərə nəzər salarsaq, həmin rəqəm 12 min 294-ü təşkil edirdi. Bunun üçün cinayət hüququ üzrə mütəxəssis olmaq lazım deyil ki, Ermənistanda cinayətlərin sayının kəskin halda artdığını görəsən. Həmçinin, göstərilən rəqəmlər əfv elan edildikdən sonrakı dövrü əks etdirmir”, deyən erməni vitse-spiker hüquq-mühafizə orqanlarına işarə edərək bildirib ki, görünür, bu statistika polisi narahat etmir: “Bu yaxınlarda polis “Joxovurd” qəzetinin müxbirinin suallarını cavablandırarkən deyib ki, cinayətin görünməmiş artımı qeydə alınmayıb və onlar hər zaman yüklənmiş iş rejimində işləyirlər. Burada iki əsas sual yaranır:

Cinayətlərin ölçüyəgəlməz artımı hansı ölçü ilə hesablanır?

Yüklənmiş iş rejimi deyərkən, oliqarxların mühafizəsinin və s. funksiyalarmı nəzərdə tutulur?

2018-ci ilin yanvar-sentyabr aylarında cinayətlərin sayı artıq 16 min 227-ə çatıb”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə