“Quska”yla eyni naranı kimlər bölüşə bilər? TƏRS BAXIŞ

Yaxud, dünya böyük olsa da, sərt tərəfləri də var

Avropada “siyasi mühacir” adı altında var-gəlib edib, Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxan Orduxan Teymurxanın barəsində üzə çıxan faktlar ictimailəşdikdən sonra, hələ də vətənşivənlik kontekstindən çıxış etməsi sağlam düşüncəli insanlarda ona qarşı ikrah hissini daha da çoxaldır. Çünki Orduxan Teymurxan onun barəsində çıxan çoxsaylı faktlara rəğmən, sözün əsl mənasında siyapurluq edir, agentlik etdiyi bəlli dairələrin xidmətlərində dayanmaq, bunun müqabilində daha çox kirli pullar qazanmaq üçün daha da həyasızlaşır. Halbuki, onun agent olaraq, “Kentavr” kod adı birbaşa sübuta yetirilmiş reallıqdır.

“Quska”nın vaxtilə oğurladığı pulları hesabına haray-şivən salan bu qruplar o həbs olunandan sonra çətin vəziyyətə düşüblər

Yeri gəlmişkən, artıq həbsdə olan və “Quska” ləqəbli ilə tanınan Hüseyn Abdullayevin istər O.Teymurxana, istərsə də Meydan TV adlı xarici dairələrin xidmətində nökərçilik edən Emin Milliyə göndərdiyi pul-paraların da qaynağının və məqsədinin nə olduğu bəri başdan demək mümkündür. Xatırlatmaq olar ki, Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyaları aparan bir qrup təxribatçılar - Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir və digər bu kimi şəxsləri dəstəkləyən əsas qüvvənin də məhz “Quska” olduğu kifayət qədər sübuta yetirilib. Söz yox ki, “Quska”nın vaxtilə oğurladığı pulları hesabına haray-şivən salan bu qruplar o həbs olunandan sonra çətin vəziyyətə düşüblər.

50 min avro birinə, 22 mini də o birinə

Çünki vaxtilə Hüseyn Abdullayev ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırmışdı. Hətta o, maddi vəsaitin davamlı olacağına da söz vermilşdi. Əbəs deyil ki, onların yaşayış tərzi və həyatı normal əxlaqa sığmadığı üçün məhz bu cür ləyaqətsiz və şərəfsiz tapşırığı can-başla qəbul edib işə girişməyə razılıq vermişdilər.

Yəqin ki, çox qısa zamanda elə O.Teymurxan və yandaşlarını da “Quska”nın aqibəti gösləyəcək. Çünki dünya böyük olsa da, onun sərt tərəfləri də var. Daha dəqiq desək, bir də gözlərini açıb-görəcəklər ki, Bakıda, Kürdəxanı təcridxanasında “Quska”yla eyni naranı bölüşürlər. Hər şey ola bilər əslində...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə