Azərbaycan vətəndaşı ölkə başçısının diqqət mərkəzindədir

Cənab Prezident İlham Əliyevin bölgələrə səfəri daim əlamətdar hadisələrlə, əhalinin müxtəlif sahələrdə təminatının yaxşılaşdırıllması ilə yadda qalıb. Ölkə başçısının səfərlərində müxtəlif obyektlərin istifadəyə verilməsi, əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, bölgədə abadlıq, quruculuq işləri üçün prezidentin ehtiyat fondundan maliyyə vəsaitlərinin ayrılması bir növ ənənə halını alıb. Əsasən təhsil ocaqlarının, tibb müəssisələrinin, ictimai-iyaiə obyektlərinin təməlinin qoyulması, yaxud istifadəyə verilməsi belə ənənələrdəndir.

Ölkə başçısının cənub bölgəsinə səfəri belə ənənələrin davamı olaraq yerli əhali ilə yanaşı bütün Azərbaycan ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Cənab Prezidentin Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamı, 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon manat ayrılması Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir. Azərbaycan xalqı ölkə başçısının diqqət və qayğısını yüksək qiymətləndirir, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün atıdığı addımları, verdiyi qərarları alqışlayır.

Reallaşdırılan layihələr nəticə etibarı ilə əhalinin yaşayışının daha da yaxşılaşdırılmasına xidmət edir

Prezidentin rəhbərliyi, diqqət və qayğısı sayəsində, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Lənkəranda infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib. Ərazidə müxtəlif obyektlər tikilib istifadəyə verilib ki, bütün bunlar nəticə etibarı ilə əhalinin yaşayışının daha da yaxşılaşdırılmasına xidmət edir. Ölkə başçısının diqqət və qayğısı bütün istiqamətləri əhatə edir və əhalinin ixtiyarına verilən obyektlər bunu təsdiq edir.
Ölkəmizdə idmanın inkişafına hər zaman qayğı ilə yanaşan Cənab Prezident təkcə paytaxt ərazisində deyil bölgələrdə də idman komplekslərinin inşasına üstünlük verir və bunun reallaşması üçün bütün köməklikləri edir. Lənkəranda Olimpiya İdman Kompleksi buna misal ola bilər. Məhz buna görədir, bu qayğının təzahürüdür ki, həmvətənlərimiz dünya miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edir, medallar qazanır və hər bir idman sahəsində yüksək nəticələrə, uğurlara imza atır. Təbii ki, bu idman komplekslərinin istifadəyə verilməsi həmin nailiyyətləri, uğurları şərtləndirir və həmvətənlərimizin dövlət qayğısını hiss etməzi, dövlət başçısının diqqətini, köməyi ardıcıl olan uğurlara zəmin yaradır.
Təkcə idman sahəsində deyil, bir çox sahələrdə, eləcə də nəqliyyat infrastruktur layihələrinin həyata keçirilməsində əhali bu diqqəti, bu qayğını hiss edir. Lənkəran Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu diqqətin, bu qayğının bariz nümunəsidir. Cənub bölgəsində məskunlaşmış insanların hava nəqliyyatından istifadə etməsi üçün paytaxta gəlişi ilə bağlı əlavə çətinliklərin aradan aqaldırılması üçün reallaşdırılan bu layihə dövlət başçısının diqqət və qayğısını təsdiq edir. Təkcə hava nəqliyyatı deyil, avtomobil nəqliyyatında da yeni layihələr göz qabağındadır və Cənab İlham Əliyevin Lənkərana səfərindən bir qədər öncə Bakı-Ələt-Astara yolunun açılış mərasimini keçirməsi, Bakıdan Cənub bölgəsinə gediş-dönüşü ən azı 1,5 saat qısaldan həmin yolu istifadəyə verməsi bu qayğının təzahürüdür. Sözügedən yol öz əhəmiyyətinə görə çox dəyərlidir və əhalimizin həyat şəraitinə, güzaranına, turizmin inkişafına xeyli dərəcədə müsbət təsir edəcək.
Cənab Prezidentin cənub bölgəsinə diqqətini daha çox tibb müəssisələrinin əhalinin ixtiyarına verməsində görmək mümkündür. Belə müəssisələrin sırasına "Lənkəran İstisu Sağlamlıq" Mərkəzi, Regional Müalicə-Diaqnostika Mərkəzi, Uşaq Sağlamlıq, Əlillərin Reabilitasiya və Gənclər mərkəzləri daxildir. Bu isə o deməkdir ki, ölkə başçısı əhalinin sağlamlığına diqqət və qayğı ilə yanaşır.

Vətəndaşlar da öz növbəsində ölkə başçısının diqqər və qayğısını hiss edirlər

Dövlət başçısının həmin bölgədə reallaşdırdıqları sözsüz ki, bununla bitmir və bölgədə Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 90 mənzilli, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası inşa edilib, Lənkəran Dövlət Dram Teatrının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının binaları və mərkəzi stadion əsaslı təmir olunub, ən müasir tələblərə cavab verən turizm obyektləri, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bununla yanaşı, Lənkəran şəhərinin su təchizatı sistemi yenidən qurulub, 110/35/10 kV-luq "Lənkəran-2" elektrik yarımstansiyası istismara verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, xalçaçılıq müəssisəsi və digər iri istehsal, eyni zamanda emal müəssisələri yaradılıb, 30 mindən çox yeni iş yeri açılıb, abadlıq-quruculuq işləri görülüb.
Göründüyü kimi, ölkə başçısının həyata keçirdiyi tədbirlər saysız-hesabsızdır və bu tədbirlərin görülmsində məqsəd əhalinin rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılması, səhhətinin, sağlamlığının qayğısına qalmaqdır. Ümumilyyətlə, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərin, gördüyü işlərin kökündə ölkə vətəndaşları, onların həyat şəraitinin, vəziyyətinin daha da yaxşılaşdırılması durur. Bu isə onu deməyə əsas verir ki, hər bir Azərbaycan vətəndaşı ölkə başçısının diqqət mərkəzindədir. Sözsüz ki, vətəndaşlar da öz növbəsində Prezidentin diqqər və qayğısını hiss edir, onun həyata keçirdiyi tədbirlərin alqışlanılması isə təsdiq edir ki, bu diqqət bu qayğı yüksək qiymətləndirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə