Arif Hacılı İqbal Ağazadənin hədəfində TƏRS BAXIŞ

"Ümid" partiyası: "Görəsən, Müsavat hakimiyyətdən nə qədər vəsait alır ki..."

Ənənəvi müxalifətdə davam edən gərginlik vaxtilə uzun müddət bir arada fəaliyyət göstərmuş və demək olar ki, bir-birlərinə qarşı ittiham irəli sürməyən partiyalara da sirayət etməyə başlayıb. Bu dəfə "Ümid" partiyasının sədri İqbal Ağazadə partiyasındakı funksionerləri vasitəsi ilə, daha dəqiq desək, sosial şəbəkələrdə Müsavat partiyasının sədri Arif Hacılını hakimiyyətə işləməkdə ittiham edərək, təşkilatı siyasi fəaliyyətsizlikdə suçlayıb.

Lakin buna qədər "Ümid" partiyası Müsavatla uzunmüddətli əməkdaşlıq etdiyini də nəzərə alarsaq, bu zaman “Ümid” sədrinin nəyə görə birdən-birə A.Hacılıya qarşı hücuma keçməsi təəccüb doğurur.

Hətta onu da xatırlaya bilərik ki, vaxtilə Müsavatın funksionerləri sırasına daxil olmuş sabiq müsavatçı, "Yeni Müsavat" qəzetinin baş redatoru Rauf Arifoğlu rəhbərlik etdiyi qəzetində nümayəşkaranə tərzdə "Ümid" partiyasının fəaliyyətini təbliğ edən bülleten də buraxdırırdı ki, bu amil də hər iki partiyanın eyni mövqedən çıxış etməsinin göstəricisi kimi qiymətləndirilirdi. Məhz R.Arifoğlunun və "Yeni Müsavat" qəzeti əməkdaşlarının Müsavat partiyasından istefa vermələrindən sonra "Ümid"-Müsavat münasibətlərinə demək olar ki, son qoyuldu.

“Ümidçilər” indi də düşərgədaxili böhran məsələsini ortaya ataraq, “birləşmək” təklifləri irəli sürsələr də...

Onu da qeyd edək ki, bütün bunlar Müsavatın sabiq başqanı İ.Qəmbərin dövründə idi və görünür, onu saxta seçkilər vasitəsilə əvəzləmiş A.Hacılı eyni münasibəti saxlamağı bacarmayıb. Xüsusilə, R.Arifoğlunun və "Yeni Müsavat" qəzeti əməkdaşlarının Müsavat partiyasından istefa vermələrindən sonra "Ümid"-Müsavat münasibətlərinə, demək olar ki, son qoyuldu. Amma buna baxmayaraq, Ağazadə müəyyən pərdəni saxlayaraq, müsavatçılara qarşı sərt fikirlərlə çıxış etmirdi. Bu baxımdan, onun birdən-birə belə bir mövqe sərgiləməsi müxalifət cameəsini, xüsusilə müsavatçıları çaş-baş qoyub.

Məsələn, “ümidçilər” indi də düşərgədaxili böhran məsələsini ortaya ataraq, iddia edirlər ki, bu fonda bütün siyasi partiyalar (yəni müxalifət partiyaları-R.N.) birgə əməkdaşlıq etməlidirlər. Yeni ittifaqlarda birləşməli, hakimiyyətə qarşı fəal siyasi mövqe nümayiş etdirməlidirlər.

"Müxalifətin vaxtilə formalaşmış birliyini Müsavatın yeni rəhbərliyi pozub"

Misal üçün, “ümidçilər” sosial şəbəkələrdə yazırlar ki, özünü ölkənin böyük müxalif partiyası hesab edən Müsavat partiyasının siyasi fəaliyyəti, demək olar ki, görünmür. Onlar A.Hacılını nəzərdə tutaraq, onu və partiyadaşlarını "iqtidara işləməkdə" ittihamı ilə günahlandırırlar. Digər ir fikirdə isə yazılıb: "Görəsən, Müsavat hakimiyyətdən nə qədər vəsait alır ki, belə susqun mövqe nümayiş etdirir?! Müxalifətin zamanla formalaşmış birliyini pozmuş Müsavatın yeni rəhbərliyini partiyadaxili intiriqaları sakitləşdirmək maraqlandırır.

Görünür ki, bu partiya özünün müxalifətçilik missiyasını başa vurub, öz qərargahına çəkilib, yalnız öz cari məsələri ilə məşğul olur. Belə olmasaydı, Müsavatı geniş siyasi arenada hakimiyyətə qarşı müxalifətdə görərdik. Partiya başqanı A.Hacılı yalnız facebook-da özünü göstərərək, siyasətdə olduğu zənnini yaratmaqla məşğuldur".

Müsavatçılar “Ümid”lə yollarının çoxdan ayrıldığını bildirirlər

Ancaq bu arada daha bir məsələ ortaya çıxır. İddia edilir ki, İ.Ağazadə indi də özünü Müsavatın qatı düşməni olan və Ə.Kərimlinin sədri olduğu AXCP-yə yarınmağa cəhd edir. Xüsusilə, sonuncu parlament seçkisində uduzandan sonra o öz xilasını nədənsə AXCP ilə əməkdaşlıq etməkdə görür. Hətta xdeyilənə görə, Ə.Kərimli İ.Ağazadəyə “Milli Şura”ya üzv olmaq təklifini veriblər və ikinci tərəf birinciyə bir müddət bu barədə düşünəcəyini bildirib.

Yeri gəlmişkən, müsavatçılar artıq İ.Ağazadəyə inanmadıqlarını deyərək, onunla yollarını ayırdıqlarını deyirlər.

Lakin fakt budur ki, artıq bu partiyalar arasında ciddi intriqa yaşanmağa başlayıb və bunun nəticəsinin və proqnozunun indidən hansı sonluğa doğru gedəcəyini hiss etmək də kifayət qədər mümkündür. Çünki yalnız “Ümid”lə müsavatın deyil, digər ənənəvi müxalifət partiyalarının da bir—biri ilə münasibətləri fonunda biz bənzər qarşıdurmaların şahidləri olmuşuq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə