Ermənistanda yenidən aksiya keçirilib

Azərbaycan ordusunun erməni işğalından azad etdiyi Başkənd kəndinin sakinləri Yerevanın mərkəzində aksiya keçiriblər. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, sakinlər mənzil problemlərinin həll olunmaması səbəbindən hökumət binasına hücum ediblər.

Gərginliyi azaltmaq üçün baş nazir Nikol Paşinyan etirazçıların qarşısına çıxıb. Keçmiş Başkənd sakinlərinin problemlərinin həlli üçün oktyabrın 2-də müzakirələrin keçiriləcəyi qərara alınıb.

Xatırladaq ki, erməni daşnaklarının yuva qurduqları Başkənd 1992-ci il avqustun 8-də Azərbaycan ordusunun hücumundan sonra separatçılardan azad olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə