Eldar İbrahimov: " Qan vermək hər bir azərbaycanlının borcudur"

"Azərbaycan tolerant ölkədir. Qan vermək hər bir azərbaycanlının borcudur". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qan verdikdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, qanvermə aksiyasında verilən qanlar hansısa xəstəyə kömək olursa, bu bizim xoşbəxtliyimizdir. Azərbaycanda qanvermə aksiyasının bir ənənə şəklinin aldığını və yüksək səviyyədə təşkil olunduğunu deyən E.İbrahimov aksiyalara gələn insanların ildən ilə artdığını xüsusi olaraq qeyd edib: "Qanvermə aksiyalarında insan axınını görürük. Bu aksiya son illər yüksək səviyyədə keçirilir. Hər bir insan aksiyalarda aktiv iştirak edir. İnsanlar bilir ki, onların verdiyi qan hansısa xəstəyə kömək olacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...