Yusuf Məmmədəliyev: “Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil"

"Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün onlarla birgə çalışır". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayında Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci Vitse-Prezidentin köməkçisi Yusuf Məmmədəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil: "Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində Gənclər Təşkilatları Milli Şurası gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...