Seymur Orucov Gəncədəki hadisə ilə bağlı gənclərə çağırış etdi AÇIQLAMA

“Ümumiyyətlə Gəncədə törədilən terror hadisəsini qəti şəkildə pisləyirəm. Çünki bu, olmaması gərəkən bir hadisə idi. Biz təkcə icra başçısına yox, hər hansı bir vətəndaşa qarşı da bu cür terror hadisəsini ölkəsindən, dinindən, milliyətindən asılı olmayaraq hər zaman pisləmişik. İndi də kimlərsə bu terror hadisəsindən sui-istifadə edərək ölkədə əmin-amanlığı pozmağa cəhd edirlər”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, bu gün sosial şəbəkələr vasitəsilə də həmin olaylara don geyindirilməyə çalışılır: “Sosial şəbəkələrin müsbət cəhətləri olduğu kimi bəzən bu cür qanunsuz əməllər üçün də istifadə edənlər var. Lakin buna baxmayaraq Azərbaycan dövləti tərəfindən təxribatçı əməllərə dəstək olanlar cəzalandırılacaqlar. Bu gün Azərbaycanın hüquq-mühafizə orqanları yerindədir və lazımı tədbir görəcəklər. Mən təxribat xarakterli çağırışlara uya biləcək gənclərimizə də üzümü tutub deyirəm ki, bu cür hadisələrə reaksiya verməsinlər. Ümumiyyətlə bir terror hadisəsini dəstəkləmək nə deməkdir? Bu işdə gənclərimiz daha diqqətli və ehtiyyatlı olmalıdır. Elementar təfəkkürü olan insan başa düşməlidir ki, bunlar hamısı ölkəni qarışdırmaq istəyən güclərin qurmuş olduğu ssenaridir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...