"Gənclərimiz arasında vətənpərvərlik hissi yüksək səviyyədədir"

“Azərbaycan ordusunda mənəvi-psixoloji durum çox yüksəkdir”. SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, psixoloji durumun gücləndirilməsində milli-mənəvi dəyərlərin böyük rolu var: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrlə sıx iş birliyi var. Bütün qüvvəmizi səfərbər edərək orduda vətənpərvərlik hissinin gücləndirilməsinə çalışırıq. Fəxrlə deyə bilərik ki, xüsusi ilə gənclərimiz arasında vətənpərvərlik hissi yüksək səviyyədədir. Bunun daha da gücləndirilməsinə ehtiyac var”.

S.Heydərov bildirib ki, vətənpərvərlik hissi zəif olan insanlar yad dini ideologiyaların təsirinə məruz qalırlar və cəmiyyət üçün təhlükəli şəxslərə çevrilirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə