İşğalçı ölkənin son siyasi gedişləri Azərbaycanın əlini gücləndirir

Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və orada keçirdiyi görüşlər münaqişənin hərbi yolla həllini daha da gücləndirir. Paşinyanın Azərbaycan torpaqlarında “güc nümayiş” etdirmə cəhdi konfiliktin diplomatik yolla həllinin üstündən artıq xətt çəkib. Görünən odur ki, Paşinyan hakimiyyəti danışıqlarda maraqlı deyil və münaqişə silahsız həll edilməyəcək.

Bəs Bakının cavab həmlələri necə olacaq? Sualın cavabı bu gün olduqca maraq doğurur. Artıq Xarici İşlər Nazirliyindən son prosseslərə münasibət bildirilib. Nazirliyin sözcüsü Hikmət Hacızadə Paşinyanın siyasi davranışlarını müharibəyə çağrış kimi qiymətləndirib. Başqa sözlə desək Bakı işğalçının mesajını aldığını diqqətə çatdırır və Ermənistanın siyasi rəhbərliyi müharibə çağrışları səsləndirirsə buna adekvat cavab veriləcəyinə işarə edilir.

Ümumiyyətlə, son hadisələr Azərbaycanın Dağlıq Qarabağ siyasətində tamamilə haqlı olduğunu növbəti dəfə nümayiş etdirməkdədir. Bakının sülh istəyinə qarşı tərəfin qeyri-konstruktiv mövqe sərgiləməsi əslində Azərbaycanın Qarabağda başlayacağı anti-terror əməliyyatı öncəsi beynalxalq ictimaiətə də bir növ xəbərdarlıqdır. Yəni Qarabağda geniş hərbi əməliyyatlar başlasa ermənipərəst qüvvələrin sonradan sülh və ya danışıqlar masasına qayıtmaq kimi mənasız istəklərinin, bir əsası qalmayacaq. Qarabağda savaşı Paşinyan istədi - Ermənistanın, eləcə də Azərbaycanın işğal olnmuş torpaqlarında zorla məskunlaşdırılan ermənilərin faciəvi sonluğunun məsuliyyəti də elə Paşinayan hakimiyyətinin üzərinə düşür. Yeri gəlmişkən Paşinyanın necə təhlükəli oyun oynadığnı onun ölkəsində də dərk edənlər çoxdur. Erməni mətbuatı küçədən gələn Paşinyanın Qarabağ üzərindən apardığı avanturist siyasətinin əslində daxilə hesablandığını, ölkənin ağır iqtiasadi blokadadan çıxarılmasının mümkün olmadığnı dərk etməsidir. Yəni nümayişlərdə verilən vədlərin yerinə yetirilməsi, erməni xalqını gözləyən “rifah gələcək” kimi fikirlər, sadəcə bir iluziya olaraq qalır.

İrəvanda xalq etirazları hələ ki, dayanıb. Kütlə hakimiyyətdən görmək istədiklərini gözləyir. Lakin Paşinyana reallıqlar bəllidir və çıxılmaz situasiyadan qurtulmaq üçün ən yaxşı imkan məhz Qarabağ kartı ilə istiqaməti dəyişməkdir. Paşinyanın Qarabağ səfərinin pərdə arxasında daha bir səbəb də var. Söhbət Sarkisyanın tərəftarlarının zərəsizləşdirilməsindən gedir. Məlum olduğu kimi məhz Paşinyanın göstərişi ilə Sarkisyanın qatı tərəftarlarından olan, İrəvandakı xüsusi silahlı dəsətəyə başçılıq edən Manvel Qriqoryan və Artur Astanyanın təhlükəsizlik qüvvələri tərəfindın həbs edilib. Adı çəkilən şəxslər Paşinyana qarşı sui-qəsd də ittiham olunur.

Digər maraqlı faktlardan iri də odur ki, Manvel Qriqoryan və Artur Astanyan Qarabağdakı qondarma rejimə başçılıq edən Bako Saakyanla yaxın münasibətlərə malikdir. Bütün bunların fonunda Paşinyanın Qarabağa getməsi Saakyanı sakitləşdirməyə yönələ bilər. Hər halda işğalçının istənilən strategiyasından asılı olmayaraq kobud siyasi səhvlərindən məharətlə istifadə etməlidir. İndiki vəziyyətdə Paşinyanın ən böyük siyasi səhvi isə Qarabağdan Azərbycana meydan oxumasıdır. Haqq savaşına başlamaq üçün Bakının bundan unikal fürsəti ola bilməz.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə