"Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir" MÖVQE

"Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir. Dünya siyasətini müəyyənləşdirən bəzi güclər bu layihə vasitəsilə bir neçə məqsədə çatmaq istəyirlər. Onlardan biri regionda gərginliyi daha da artırmaqla qlobal terrorizmin coğrafiyasını böyütmək və terror siyasəti vasitəsilə regional aktorları qarşılıqlı müharibə vəziyyətinə gətirməkdir". SİA-nın verdiyi məlumata görə, bunu "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, Naxçıvanda, Azərbaycan-Ermənistan sərhəddində baş verən təxribat da elə bu məqsədə xidmət edir: "Hədəf Azərbaycan-Türkiyə-Rusiya münasibətləridir. Çünki bu münasibətlər regionda geostrateji müvazinəti saxlamaqla regional təhlükəsizliyi təmin edir. Bu vəziyyət Paşinyanın ağalarını qane etmir. Onların siyasi planlarına görə Yaxşın Şərqdə yaratdıqları hibrid müharibə ssenarisi Türkiyə və Azərbaycan üzərindən Rusiyaya, xüsusilə olun cənub sərhədlərinə transfer edilməli, sonra isə Rusiya Federasiyasının digər subyektlərinə ötürülməlidir. Onlar hesab edirlər ki, Naxçıvanda vəziyyət gərginləşərsə 1921-cu ilə Kars müqaviləsinə əsasən Naxçıvanın statusunun qarantörləri olan Rusiya və Türkiyə məsələyə müdaxilə etmək məcburiyyətində qalarlar və beləliklə bu iki regional gücün Yaxın Şərq rayonunda müttəfiqliyi pozular. Nəticədə hər iki ölkəni bir birinə qarşı qoyub sonrakı mərhələdə onları qlobal terrorizmin poliqonuna çevirmək olar. Bu məsələnin birinci tərəfidir. İkinci məsələ ondan ibarətdir ki, mümkun ssenaridə Azərbaycan da zəyifləyər, sabitllik pozular və beləliklə Qarabağ problemi asanlıqla ermənilərin lehinə həll olar. Yəni hazırda regionda geostrateji vəziyyət bu qədər gərkin və təhlükəlidir. Ona görə də Paşinyanın əl atdığı təxribatlar diqqətlə izlənilməli və önləyici tədbirlər alınmalıdır. Hazırki vəziyyətdə bu addımlar soyuqqanlılıqla izlənilir ki, bunun üçün də kifayət qədər əsaslar var. Çünki Azərbaycan tərəfi və onun müttəfiqləri birinci dəfə deyil ki, bu çür məkirli planla üzləşirlər. Azərbaycanın regional iqtisadi və hərbi-ciyasi güc mərkəzi olması, qlobal aktorlarla müstəqil və milli maraqlara əsaslanan qarşılıqlı əlaqələr qurması eyni zamanda çoxtərəfli diplomatik platformalarda region ölkələri ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıması Paşinyan təxribatı və siyasi layhihəsini bəribaşdan uğursuzluğa düçar etmiş olur. Ona görə də əgər belə davam edərsə Paşinyan siyasi layihə kimi ən uzağı bir il mövcud ola bilər. Ermənistanda bu reallıq nə qədər tez dərk edilsə onların böhrandan xilas olmaları üçün də bir o qədər tez perespektivlər yarana bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...