Bakı Biznes Universitetinin Avropa Komissiyası ilə birgə layihəsi

"Boulevard Otel"də Bakı Biznes Universiteti tərəfindən hazılanmış və Avropa Komissiyası tərəfindən təsdiq edilmiş Erasmus + proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbəriyi, bu sahədə tanınmış elm xadimləri iştirak edib. Layihənin məqsədi: Azərbaycan Ali Təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Tədbiri giriş sözü ilə BBU-nin rektoru i.e.d.prof. İbad Abbasov açaraq tədbir iştirakçılarını və qonaqları salamlamladı, layihə ilə bağlı qısa açıqlama verib və bu layihənin həyata keçirilməsində iştirak edəcək ali təhsil müəssisələrinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov layihənin həyata keçirilməsinin Azərbaycan Universitetləri üçün önəmli olduğunu və bunun gələcəkdə bütün Azərbaycan Universitetlərinə tətbiqini məqsədyönlü hesab edib.

Daha sonra Böyük Britaniya, İspaniya, İsveç, Litva Universitetlərinin nümayəndələri çıxış edərək müasir dövr təhsil sistemi üçün bu layihənin mühüm əhəmiyyətindən bəhs ediblər.

Tədbir layihə barədə təqdimatlar ilə davam etdirilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə