Prezident İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı məktubu göndərib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı daha qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə