“Çinin xarici siyasətini necə başa düşmək olar?”

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu davam edir. SİA-nın verdiyi məlumata görə, “Çinin xarici siyasətini necə başa düşmək olar?” mövzusu ətrafında çıxışlar gedir.

Qlobal iqtisadi güc kimi Çin qlobal güc balansına geniş şəkildə təsir edir. Çinin xarici siyasət məqsədləri hansı maraqlara əsaslanır? Qlobal balans və inklüziv cəmiyyətlərin yaradılması üçün beynəlxalq birlik Çinlə necə əməkdaşlıq edə bilər?

Moderator Paulson İnstitutunun vitse-sədri, ABŞ Dövlət Katibinin Cənubi Asiya regionu üzrə köməkçisinin müavini (2007-2009), ABŞ Dövlət Katibinin Mərkəzi Asiya regionu üzrə köməkçisinin müavini (2006-2007) Evan Faygenbaumdur.

Panelin əsas spikeri George İvanov, Makedoniya Respublikasının prezidentidir.

Spikerlər Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun Avropa məsələləri üzrə vitse-prezidenti Lian Ciençuan, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin sabiq müavini David Merkel, Serbiya Respublikasının Prezidenti (2004-2012) Boris Tadiç, Macarıstan Respublikasının Baş naziri (2002-2004) Peter Medeşi, Nepal Federal Demokratik Respublikasının Baş naziri (2009-2011) Madhav Kumar Nepal, Tsinxua Universiteti, Şvarzman Kollecində icraçı dekan David Çincao Pan, Qloballaşma və Çin üzrə Mərkəzin təsisçisi və prezidenti Huey Vandır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə