Musa Qasımlı: “Yaşayış üçün təhlükəsizlik təmin edilib” AÇIQLAMA

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Musa Qasımlı deyib: “Bu sorğu Azərbaycan vətəndaşının cənab Prezidentimiz İlham Əliyev başda olmaqla, hakimiyyətə güvəndiyinə dair gerçəkliyi və cəmiyyətdə olan əhval-ruhiyyəni özündə əks etdirir. İnsanlar ölkədə, o cümlədən regionlarda aparılan quruculuq işlərini, sosial-iqtisadi sahədə islahatları görürlər. Yaşayış üçün təhlükəsizlik təmin edilib”.

Qeyd edək ki, araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə