Əli Kərimlinin qohumları Saatlıdan Bakıya gəlir

Nuhəli Kərimov: "Xalq Əli Kərimlini cəzalandırmamışdan əvvəl biz özümüz onu kəndə aparıb, cəzalndırmaq istəyirik"

Bu gün cəmiyyətdə birmənalı mövqe ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlər satqın və xəyanətkardır. Bunu sübut etmək üçün kifayət qədər tutarlı faklar da mövcuddur. Təkcə bir faktı qeyd etmək lazımdır ki, erməni lobbisinin yer aldığı qərəzli beynəlxalq təşkilatıarın Azərbaycan haqqında şər, böhtan xarakterli hesabatları dağıdıcı müxalifətin "donos"ları əsasında hazırlanaraq, yazılır.

Milli və dövlətçilik maraqlarını satmaqla özlərinə xarici ölkələrdə mülklər alan, övladlarını müxtəlif xarici ölkələrin təhsil ocaqlarında oxutduran həmin satqın və xəyənətkar dağıdıcı müxalif son günlər bir qədər fəallaşıb. Səbəb 2018-ci ildə keçiriləcəyi gözlənilən prezident seçkiləri ilə bağlı olsada, başlıca amil ölkədəki, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsindən, iqtisadi inkişafın yüksəlməsindən, beynəlxalaq arenada Azərbaycanın yerinin və rolunun güclənməsindən ciddi narahatcılıq keçirmələridir. Bu baxımdan hər vəchlə çalışırlar ki, uğurlara gölgə salsınlar, naliyyətlərə qara yaxsınlar. Təbii ki, xarici himayədarlarının sifarişləri, göstərişləri və planları əsasında. Məhz müxalifətin sentyabrın 23-də keçirməyi planlaşdırdığı aksiyanın sifarişi də xarici maraqlı dairələr tərəfindən verilib. AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılının və onların zombilləşmiş ətrafları sosial şəbəkələrdə mitinqin ən azı baş tutması üçün geniş təbliğat işi aparırlar. Hətta səviyyələrinə və xislətlərinə uyğun olaraq mitinqlərə qoşiulmayan müxalifətçilər asında söyüşldə qoyurlar. Söhbət etdiyimiz müsahibimiz, kərimovlar nəslinin ağsaqqalı, tanınmış ziyalı, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov "Səs"in müxbiri ilə söhbətində əmisi oğlu Ə.Kərimlinin milli və dövlətçilik maraqlarına zidd əməllərindən xəcalət çəkdiklərini bildirdi: "Bu rüsvayçılığa son qoymaq üçün kərimovlar nəslinin ağsaqalları Baklya getmək fikrindəyik. Xalq Ə.Kərimlini cəzalandırmamışdan əvvəl biz özümüz onu kəndə aparıb, cəzalndırmaq istəyirik. Uşaq vaxtı kənddən çıxıb Bakıya gəldiyi üçün onun-bunun əlinə düşdüyündən, zay olub gedib. Kərimovlar olaraq biz Ə.Kərimlini islah etmək fikrindəyik".

N.Kərimov onu da bildirdi ki, söyüş qoymaqla, insanları mitinqə cəlb etmək mədəniyyətsizliyin və əxlaqsızlığın nümunəsidir: «Təbii ki, söyüş söymək, qaba hərəkətlərə yol vermək, mədəniyyətsiz hərəkətlər etmək ancaq küçə təfəkkürlü müxalif idiaolaqlara xas ola bilər. Özünü cəmiyyətdən tədric etmiş Ə.Kərimlinin mitinq planlaşdırması yalnız gülüş doğura bilər. Çünki heç bir sosial dayağa malik ola bilməyən Ə.Kərimlinin aksiyasının baş tutacağı heç cür inandırıcı deyil. Haqlı olaraq cəmiyyət onu və onun kimilərini məsxərəyə qoyaraq gülür".

N.Kərimlinin sözlərinə görə, dağıdıcı müxalifətin, o cümlədən, Ə.Kərimlinin pozuculuq aktlarına meyl göstərməsinin arxasında anti-Azərbaycan mövqeli qüvvələr dayanır: «Ə.Kərimli bizim nəsildən olan insanları da aldadaraq, AXCP-nin saxta

partiya biletlərini onlara verməklə Fransada, Hollaniyada, Almaniyada onları yerləşdirib. Mühacir biznesi onun gəlir mənbəyinə çevrilib. Amma xaricə göndərilən ağılsız qohumların bəziləri telefon əlaqə saxlayaraq aldadıldıqlarını, yalnış təbliğata uyduqlarını bildirir və bizdən kömək istəyirlər. Ancaq bizlər satqın və xəyanətkar imici qazanmış Ə.Kərimlinin toruna düşərək, xaricə üz tutan qohumların kömək üçün müraciətlərini rədd edirik. Hətta bizlər Ə.Kərimli kimi onları da qohumluq siyahısından çıxarmışıq».

Kərimovlar nəslinin ağsaqqalı onu da bildirdi ki, Ə.Kərimli xarici ağalarının qarşısında nökərçilik etməklə pul qazanmaq və bununlada gün-güzaranlarını bir qədərdə yaxşılaşdırmağa çalışır: «Xalqını, vətənini satmaqla uşaqlarını xaricdə oxutmaq, özünə təmtəraqlı yaşayış qurmaq nifrət və hiddətə layiqdir. Haqlı olaraq da xalq Ə.Kərimlini ittiham edir. Biz də Kərimovlar nəsli olaraq onu bəd əməllərinə görə bağışlamaq fikrində deyilik. Ona görə də, Bakıya gəlib, onu kəndə aparıb cəzalandırmaq fikrində qətiyik». N.Kərimovun sözlərinə görə, dağıdıcı müxalifətin planlaşdırdığı aksiyalar və digər pozuculuq aktları iflasa uğrayacaq. Çünki cəmiyyət birmənalı şəkildə onları rədd edir: «Əminliklə demək olar ki, növbəti il keçirilməsi planlaşdırılan prezident seçkilərində müxalifətin növbəti dəfə acınacaqlı məğlubiyyətə uğrayacağı şübhəsizdir. Baxmayaraq ki, müxtəlif beynəlxalq təşkilatlar onlara maddi və mənəvi dəstək göstərir. Ancaq onların özlərinin liderləri demişkən pul qoyub pul götürmək olar, amma pul qoyub siyasətdə uğur əldə etmək mümkün deyil. Azərbaycan cəmiyyəti öz sözünü hələ 1993-cü ildə deyib. Yəni 2018-ci il prezident seçkilərində də xalq tərəqqiyə, inkişafa, sabitliyə - Ümumilli Lider Heydər Əliyev yolunə səs verəcəklər».

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə