Sarkisyanın iştirak etdiyi toyda Azərbaycana qarşı təxribat - VİDEO

Mütəmadi olaraq Azərbaycana məxsus milli mədəniyyət və incəsənt nümunələrini, milli xörəkləri öz adına çıxan ermənilər bu dəfə də məhşur erməni milyarder Samvel Karapetyanın oğlunun toyunda "Tello" mahnısına qol qaldırıb oynadılar. Toyda səsləndirilən Azərbaycan musiqiləri isə Ermənistan incəsənət nümunələri kimi təqdim olunub.

Ermənistan prezidenti Serj Sarkisyanın da iştirak etdiyi toy məclisnin görüntüləri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Erməni milyarder, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyanın oğlunun dəbdəbəli toy mərasimində Serj Sarkisyanla yanaşı, Ermənistan və rusiyadan tanınmış şəxslər və xarici estrada nümayəndələrinin iştirakı toya olan marağı artırıb .

Musiqişünaslar, incəsənət nümayəndələri Azərbaycan musiqilərinin Ermənistan incəsənət nümunələri kimi təqdim olunmasını ermənilərin növbəti təxribatı kimi qiymətləndiriblər.

Xatırladaq ki, erməni milyarderin oğlunun toyu ötən gün Moskvada "Safisa" sarayında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə