Niyaməddin Orduxanlı: “Əli Kərimli tarixə satqın və xəyanətkar kimi düşüb“ MÖVQE

"Əli Kərimlinin bu illər ərzində keçirdiyi mitinqə Azərbaycan istimaiyyəti, xalqı dəstək verməyib. Xalqın ona dəstək verməməsinin də çox cidd səbəbləri var. Çünki, Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir və bu baxımdan da Əli Kərimlinin mtinq keçirmək təşəbbüsləri qeyri-ciddi qəbul olunur". Bunu SİA-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, Əli Kərimlinin sentyabr ayın 23-də mitinq təyin etməsi faktı sosial şəbəkələrdə qeyri-ciddi bir hadisə kimi ələ salınır, gülüş obyektinə çevrilir: "İnsanlar Əli Kərimlinin növbəti dəfə “mitinq” arsuzunu partiya arayışının satılması kimi təqdim edirlər. Bilirsiniz ki, bu günə kimi Əli Kərimlinin Avropada yaşamaq istəyənlərə saxta partiya arayış verməsi ilə bağlı çoxlu sayda faktlar var. O bu yolla ən yaxın qohumları, yerlilərini hələ bir neçə il bundan öncə Fransada, Hollandiyada yerləşdirə bilib. Belə olan halda, insanlar haqlı olaraq Əli Kərimliyə gülür və qeyd edirlər ki, 500-1000 nəfərlik “mitinq” etməyin nə mənası var?! Hətta Əli Kərimlinin yanında olan bir neçə şəxsin mitinqə qatılmayanlarla bağlı yazdıqları fikirlər belə insanlar tərəfindən çox sərt şəkildə qəbul edilir. Çünki onlar mitinqə qatılamayanlar haqqında təhqiramiz ifadələr işlədirlər. Təbii ki, Əli Kərimlinin ətrafında bu cür axmaq, mədəni səviyyəsinin aşağı olan insanların olması da təbiidir. Onun yanında yalnız bu tərbiyənin sahibi olanlar qala bilər".

BAXCP sədrinin müavini qeyd edib ki, özünə hörmət edən şəxs heç zaman Əli Kərimlinin yanında qalıb, onun üçün fəaliyyət göstərməz: "Çünki, Əli Kərimli illərdir ki, yaxın ətrafında olan insanlara xəyanət edir. O kimlərə xəyanət etmədi? Əli Kərimli sədri Əbülfəz Elçibəydən tutmuş, onun üçün sinəsini güllə qabağına vermiş bütün insanlara xəyanət edən biridir. Satqın və xəyanətkar heç zaman unudulmur. Əli Kərimli də Azərbaycanın siyasi tarixinə satqın və xəyanətkar kimi düşüb!".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə